“PAŞA Financial Holding”in Baş icraçı direktoru Fərid Məmmədov Bir ekosisteminin inkişaf yolu və əldə olunan nəticələrlə bağlı fikirlərini bölüşüb.
GDP Media -nın məlumatına görə,o bildirib ki, cümə günü təşkil olunan görüş sadəcə tədbir deyil, illər əvvəl formalaşdırılan ideyanın artıq müstəqil ekosistemə çevrildiyini görmək baxımından xüsusi əhəmiyyət daşıyıb.
Fərid Məmmədov qeyd edib ki, fintech, marketplace və ödəniş həllərinin vahid vizyon altında birləşdirilməsi zamanı əsas məqsəd Azərbaycanda milyonlarla insanın gündəlik həyatını daha rahat etmək olub. Onun sözlərinə görə, məqsəd ayrı-ayrı məhsullar yaratmaq deyil, bir-biri ilə inteqrasiya olunmuş vahid ekosistem formalaşdırmaq idi.
Baş İcraçı Direktor vurğulayıb ki, ötən illər ərzində bankçılıq, rəqəmsal ödənişlər və elektron ticarət sahəsində ölkənin ən etibarlı platformalarından biri yaradılıb. Bu sırada Birbank, m10, MilliÖn, BirBonus və BirMarket kimi məhsulların artıq milyonlarla istifadəçinin gündəlik həyatında mühüm yer tutduğu qeyd olunub.
Fərid Məmmədovun sözlərinə görə, Bir ekosisteminin əsas uğuru yalnız bazar liderliyi deyil, insanların həyat ritminə uyğun rəqəmsal təcrübələr yaratmaqdır.
“Əsl ekosistem insanların gündəlik həyatına təbii şəkildə inteqrasiya olunan xidmətlər təqdim edir və Bir bu gün həmin standartı müəyyənləşdirir”, – deyə o bildirib.
O, həmçinin Bir Ekosisteminin rəhbəri Fərid Huseynov və bütün komandaya təşəkkür edərək, qarşıdakı dövrdə daha böyük uğurların əldə olunacağına əminliyini ifadə edib.
Fərid Məmmədov əlavə edib ki, yaradılan ekosistem ölkənin fəxr edə biləcəyi rəqəmsal platformalardan birinə çevrilib.

