- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Peşə Əmək Reabilitasiya Mərkəzində “JestPlus” mobil tətbiqinin istifadəsinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Tədbirdə 30 eşitmə və nitq məhdudiyyətli şəxs iştirak edib. Görüşün məqsədi iştirakçıları “JestPlus” mobil tətbiqinin istifadə qaydaları və təqdim etdiyi imkanlarla tanış etmək olub. Azərbaycanda ilk dəfə jest dilinin öyrənilməsi üçün yaradılan “JestPlus” tətbiqi istifadəçilərə interaktiv dərslər, testlər və praktiki tapşırıqlar vasitəsilə jest dilini sistemli şəkildə mənimsəməyə imkan verir. Tətbiq eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarının genişləndirilməsinə, inklüzivliyin təşviqinə və jest dilinin daha geniş auditoriya üçün əlçatan olmasına xidmət edir. Bu mühüm sosial layihə “Nar”la yanaşı, ADA Universiteti və ADA…
Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dollar həddinin altına enib. GDP Media xəbər verir ki, son sutka ərzində kriptovalyutanın qiyməti 3%-dən çox azalaraq 68 500 dollar səviyyəsinə qədər geriləyib. Bazar iştirakçıları enişi əsasən mənfəət realizasiyası və riskli aktivlərə marağın zəifləməsi ilə əlaqələndirirlər. Analitiklər bildirirlər ki, hazırkı hərəkət daha çox texniki xarakter daşıyır və kəskin enişə səbəb olacaq konkret fundamental faktor müşahidə olunmur. Qeyd edilir ki, son həftələr tarixi maksimumlara yaxın səviyyələrdə konsolidasiya edən bazar hazırda fasilə mərhələsinə keçib. 69 min dollar səviyyəsi psixoloji dəstək rolunu oynayırdı və bu həddin aşağı istiqamətdə qırılması daha aşağı likvidlik zonalarının test…
“ABB-Invest İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni üzvlər seçilib. GDP xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Fariz Rəhimov Faiq oğlu və Ülvi Qasımov Qasım oğlu müvafiq posta seçiliblər. Hər iki şəxs ana şirkət olan ABB-də Ofis rəhbəri olaraq çalışırlar. Hazırda Müşahidə Şurasına Aqşin Əmirov Zəkaray oğlu sədrlik edir. Digər iki üzv isə Rövşən Cavadov Nazim oğlu və Məcid Məmmədov Həsən oğludur. Xatırladaq ki, “ABB-İnvest”i 2020-ci ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərinin reytinqində özəl şirkətlərin ixrac həcmlərində ciddi artım müşahidə olunub. GDP xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na əsasən, cari ilin ilk 4 ayında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçılar arasında ilk yeri “SOCAR Polymer” MMC tutub. Dövlətə məxsus ixracatçılar 2026-cı ilin yanvar-aprel aylarında “SOCAR Polymer” MMC-nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 milyon dollar və ya 9,5% artaraq 90,3 milyon ABŞ dollarına çatıb. 2025-ci ilin eyni dövründə bu göstərici 82,5 milyon dollar olmuşdu. İkinci yerdə qərarlaşan “AzerGold” QSC üzrə ixrac 10,7 milyon…
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb. GDP xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmanla müəyyən edilib ki, Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsinin) həyata keçirilməsini, həmçinin dayanıqlılığın artırılmasını, o cümlədən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətləri aşkarlamaq, araşdırmaq və qarşısını almaq üçün preventiv tədbirlərin görülməsini (dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturları, eləcə də kritik informasiya infrastrukturları…
(®) Bakcell 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarını sevindirib. “YAŞAT” Fondunun təşəbbüsü ilə reallaşdırılan ölkəmiqyaslı “Hədiyyə Karvanı” layihəsi çərçivəsində şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş qəhrəmanların övladlarına müxtəlif hədiyyələr təqdim edib. Ölkənin bütün bölgələrini əhatə edən layihə çərçivəsində 14 yaşadək 1600-dən çox uşağa bayram sevinci yaşadılıb. Təşəbbüs Bakcell-in dayanıqlılıq və korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm hissəsidir. NEQSOL Holding-in tərkibinə daxil olan Bakcell, “YAŞAT” Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə əlillərinə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq NEQSOL Holding və “YAŞAT” Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.…
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Rabitəbank” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı, “Bilim Quba” mərkəzinin təşkilati dəstəyi ilə Quba rayonunda şəhid övladları üçün “Zəfərin gələcəyi” layihəsi həyata keçirilib. Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarından 100-ə yaxın şəhid övladının iştirak etdiyi layihədə uşaqlar elm, texnologiya və yaradıcılıqla zəngin, eyni zamanda əyləncəli və yaddaqalan bir gün keçiriblər. Layihə çərçivəsində yaradılan səmimi və pozitiv mühit uşaqların həm öyrənməsinə, həm də xoş vaxt keçirməsinə şərait yaradıb. Tədbir zamanı uşaqlar riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya və astronomiya sahələrində…
Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edən TuranBank bu ənənəyə sadiq qalaraq “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə növbəti uğurlu layihəyə imza atıb. Belə ki, Bank DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilən “Miras – İrsimizi Yaşadaq” layihəsi çərçivəsində şəhid övladlarının İsmayıllı rayonu və Şamaxı şəhərinə səfərinin təşkilinə maliyyə dəstəyi göstərib. Layihənin əsas məqsədi şəhidlərimizin övladlarını diqqət mərkəzində saxlamaq və onların sosial qayğı ilə əhatə olunmasını təmin etməklə yanaşı, onları Azərbaycanın zəngin mədəni, tarixi və mənəvi irsi ilə yaxından tanış etmək, onlarda milli kimlik və mənsubiyyət hissinin…
Sərfəli mobil operator “Nar” 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təhsilin inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Bu əlamətdar gün çərçivəsində şirkət Bakıda yerləşən Kimya-biologiya təmayüllü Respublika liseyinə 20 ədəd noutbuk təqdim edib. Tədbirdə iştirak edən Kimya-biologiya təmayüllü Respublika liseyinin direktoru və “Nar”ın nümayəndəsi bildirib ki, gənclərin keyfiyyətli təhsil alması, müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, təqdim edilən noutbuklar şagirdlərin bilik və bacarıqlarının inkişafına töhfə verəcək, təhsilə yönəlmiş bu cür təşəbbüslər isə gələcəkdə ölkənin elm və iqtisadiyyatına dəyər qatacaq peşəkar kadrların yetişməsinə xidmət edir. Qeyd edək ki, “Nar” təhsilə və…
Azərbaycanda süni intellekt sahəsində yeni əməkdaşlıq platforması formalaşdırılır. GDP xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və OpenAI arasında qurulan tərəfdaşlıq ölkədə innovasiya və rəqəmsal transformasiya prosesinə əlavə təkan verəcək. Bu barədə Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) İdarə Heyətinin sədri Fərid Osmanov paylaşım edib. “Süni intellekt son illərdə ölkələrin rəqabət qabiliyyətini, iqtisadi inkişafını və insan kapitalının keyfiyyətini müəyyən edən əsas amillərdən birinə çevrilib. Bu baxımdan Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və OpenAI arasında qurulan əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”, – deyə Fərid Osmanov bildirib. Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində 500…
