- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Çinin aparıcı elektromobil istehsalçılarından biri olan Xpeng, Almaniyanın avtomobil nəhəngi Volkswagen-ə məxsus Avropada yerləşən istehsal zavodunu satın almaq üçün danışıqlar aparır. GDP xəbər verir ki,bu barədə Financial Times nəşri məlumat yayıb. RTRS agentliyinin 2025-ci ilin yanvar ayına istinadən verdiyi məlumata görə, Çinli avtomobil istehsalçıları bağlanma təhlükəsi ilə üzləşən Almaniya avtozavodlarına yaxından baxır və xüsusilə Volkswagen-in Avropadakı istehsal sahələri ilə maraqlanırlar. Xpeng-in bu addımı, Çinin qlobal avtomobil bazarında, xüsusən də Avropada mövqeyini gücləndirmək strategiyasının bir hissəsi kimi dəyərləndirilir. Eyni gündə açıqlanan digər bir məlumata görə, çətin dövrlərlə üzləşən digər Alman avtomobil nəhəngi Mercedes-Benz, Berlindəki bütün satış salonlarını kanadalı bir sahibkara satıb.…
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda nümayəndəlik açacaq. Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bu gün dövlət başçısı Şavkat Mirziyoyev “Özbəkistanın Enerji Həftəsi – 2026” forumunda iştirak etmək üçün ölkəyə gələn SOCAR-ın rəhbəri Rövşən Nəcəfi, həmçinin BP şirkətinin top-menecerləri Ariel Floresi və Covanni Kristofolini qəbul edib. “Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üzrə məsələləri nəzərdən keçiriblər. Energetika sahəsində uğurlu əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib. SOCAR Üstyurd yaylasında karbohidrogen yataqlarının işlənməsi layihəsinin həyata keçirilməsində Özbəkistanın tərəfdaşıdır. SOCAR-ın Özbəkistanda nümayəndəliyinin açılması barədə qərar qəbul edilib. Britaniyanın “British Petroleum” şirkətinin bu genişmiqyaslı layihəyə qoşulması yüksək qiymətləndirilib”, – məlumatda bildirilib. Bundan…
Müharibə dövründə Rusiya iqtisadiyyatının ayaqda qalmasında açar rol oynayan, eyni zamanda Qərb maliyyə sisteminin parçası sayılan və Qərb maliyyə məsləhətlərini yerinə yetirən Rusiya Mərkəzi Bankının sədri, dünyanın ən nüfuzlu baş bankiri hesab edilən Elvira Nabiullinanın ilin sonunda keçiriləcək Duma seçkilərindən sonra vəzifəsini tərk edəcəyi gözlənilir. GDP xəbər verir ki, Nabiullina uzun müddətdir ki, Rusiya iqtisadi siyasətinin ən önəmli fiqurlarından biri olaraq qalır. Onun mümkün istefası ilə bağlı rəsmi açıqlama hələ verilməyib.
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərinə start verir. GDP xəbər verir ki,müstəqil ekspert sertifikatı almaq istəyən şəxslər üçün imtahana qeydiyyat 14 may tarixindən 25 may tarixinədək davam edəcək. Təlimlər isə iyunun 6-11-də Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında (Aqrar Sığorta Fondunun inzibati binasında) təşkil ediləcək. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilir və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir. Təlimlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Aqrar sığorta…
Süni intellekt sahəsində rəqabət getdikcə gərginləşir. Anthropic şirkətinin birjadan kənar bazarda (over-the-counter) bazar dəyəri son günlərdə kəskin artaraq 1,4 trilyon dollara çatıb. GDP xəbər verir ki, bu, cəmi 24 gün ərzində 40 faizlik artım deməkdir. 2025-ci ilin oktyabrından bəri Anthropic-in dəyəri 1067 faiz yüksəlib. Analitiklərin fikrincə, şirkətin növbəti maliyyələşdirmə raundunda gözlənilən qiymətləndirmə hazırkı lider OpenAI-in dəyərini üstələyə bilər.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov şirkətin Asiya İnkişaf Bankı (AİB) ilə birgə hazırladığı dekarbonizasiya yol xəritəsinin formalaşdırılmasının son mərhələsinə çatdığını bildirib. Onun sözlərinə görə, texniki dərinliyi daha geniş strateji perspektivlə birləşdirən bu sənəd ADY-nin əməliyyat reallıqlarına əsaslanır: “Biz enerji istifadəmiz və emissiyalarımız üzrə möhkəm bir baza hazırlayırıq. Bu da bizə ən böyük qazancların harada əldə edilə biləcəyi barədə aydın mənzərə verir.” ADY sədri qeyd edib ki, şirkət real nailiyyətlər üzərində irəliləyir. Hazırda dəmir yolu şəbəkəsinin təxminən 63%-i elektrikləşdirilib. Bundan əlavə, son iki ildə ildə 130.000 kVt/saatdan çox enerji istehsal edilərək bərpa olunan enerji sistemə inteqrasiya edilib. R.Rüstəmov…
SOCAR İtalyana Petroli (İP) şirkətinin 99,82 faiz səhminin API Holdinqdən satın alınması əməliyyatının tamamlandığını açıqlayıb GDP xəbər verir ki, bütün zəruri tənzimləyici icazələr alındıqdan sonra yekunlaşan müqavilə ilə SOCAR İtaliyada 2 ədəd, ümumilikdə isə 4 ədəd neft emalı zavodunun sahibinə çevrilib. 2025-ci ilin sentyabrında razılaşmanın imzalandığı, 2026-cı ilin əvvəlində isə əməliyyatın Avropa Komissiyası tərəfindən təsdiqləndiyi bildirilib. SOCAR-ın aktivlərinə artıq Azərbaycanda (faktiki emal gücü ildə 6,5 milyon ton), Türkiyədə (13 milyon ton) və İtaliyada iki zavod (ümumi gücü 10 milyon ton) daxildir. Bununla yanaşı, İP-nin logistika infrastrukturu, neft məhsulları anbarları və 4500 yanacaqdoldurma məntəqəsindən ibarət paylama şəbəkəsi də SOCAR-ın nəzarətinə keçib.…
Bloomberg: “Dünya neft ehtiyatlarını rekord sürətlə tükəndirib”.
ABB xarici valyutada vəsait cəlb etmək üçün beynəlxalq istiqraz buraxılışına hazırlaşır. GDP xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Abbas İbrahimov “Dayanıqlılıq Hesabatı”na dair keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bankın balansında nağd vəsaitlərin azalması əsasən iri həcmli vəsait çıxışları və aktiv portfelin genişlənməsi ilə bağlıdır. ABB son dövrdə xüsusilə korporativ, pərakəndə və ipoteka kredit portfellərinin böyüməsinə ciddi investisiyalar edib və bu artımın maliyyələşdirilməsi üçün əlavə resurslara ehtiyac yaranıb. Eyni zamanda, bankın ümumi likvidliyi həm manat, həm də xarici valyutada yüksək səviyyədə qalır – manat likvidliyinin idarə edilməsində banklararası bazar mühüm rol oynayır və ABB cari ehtiyaclarını məhz…
Bu gün ABB-nin Dayanıqlılıq Hesabatına dair mətbuat konfransında bankın İdarə Heyətinin sədri Abbas İbrahimov törəmə bankların fəaliyyəti və gəlirləri ilə bağlı açıqlamalar verib. İbrahimov bildirib ki, ABB-nin Rusiyada törəmə bankı fəaliyyət göstərir və illər ərzində orada zəngin törəmə idarə edilməsi təcrübəsi toplanıb. Onun sözlərinə görə, Rusiyadakı bank butik, kiçik və universal olmayan bir bankdır, pərakəndə satışı yoxdur. Bankın əsas məqsədi diasporaya xidmət etmək, Azərbaycan-Rusiya ticarət dövriyyələrinin tənzimlənməsində iştirak etmək və fiziki şəxslərin pul köçürmələrində fəal rol oynamaqdır. “Bankımız təqribən 50 milyon dolara yaxın pul qazanmışdı ötən il”, – deyə Abbas İbrahimov vurğulayıb. O, həmçinin qeyd edib ki, Gürcüstan bazarından illər…
