Close Menu
    What's Hot

    Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”

    24 İyun 2026

    Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

    24 İyun 2026

    Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

    24 İyun 2026
    Trending
    • Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
    • Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
    • Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
    • Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”
    • Azərbaycanda “smart büdcələr” dövrü. Niyə bizneslər artıq sadəcə like sayına inanmır və rəqəmsal marketinqdən nə gözləmək lazımdır?
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”

      24 İyun 2026
      Recent

      Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”

      24 İyun 2026

      Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

      24 İyun 2026

      Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

      24 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026
      Recent

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026

      Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

      17 İyun 2026

      “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

      16 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » “Təqdim olunan şərtlər maraqlarımıza uyğun gələrsə, ilin sonuna kimi beynəlxalq bazarda istiqraz buraxacağıq” – ABB rəhbəri Abbas İbrahimov
    Bank

    “Təqdim olunan şərtlər maraqlarımıza uyğun gələrsə, ilin sonuna kimi beynəlxalq bazarda istiqraz buraxacağıq” – ABB rəhbəri Abbas İbrahimov

    10 May 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ABB xarici valyutada vəsait cəlb etmək üçün beynəlxalq istiqraz buraxılışına hazırlaşır.

    GDP xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Abbas İbrahimov “Dayanıqlılıq Hesabatı”na dair keçirilən mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, bankın balansında nağd vəsaitlərin azalması əsasən iri həcmli vəsait çıxışları və aktiv portfelin genişlənməsi ilə bağlıdır. ABB son dövrdə xüsusilə korporativ, pərakəndə və ipoteka kredit portfellərinin böyüməsinə ciddi investisiyalar edib və bu artımın maliyyələşdirilməsi üçün əlavə resurslara ehtiyac yaranıb. Eyni zamanda, bankın ümumi likvidliyi həm manat, həm də xarici valyutada yüksək səviyyədə qalır – manat likvidliyinin idarə edilməsində banklararası bazar mühüm rol oynayır və ABB cari ehtiyaclarını məhz bu bazar vasitəsilə də qarşılayır.

    Xaricdən vəsait cəlbi məsələsinə gəlincə, Abbas İbrahimov bildirib ki, ABB daha əvvəl təxminən 5,5 faiz civarında maliyyə resursu cəlb edib. Bank gələcəkdə 300-500 milyon ABŞ dolları həcmində vəsaiti daha sərfəli şərtlərlə cəlb etməyə çalışacaq və əgər 5,5 faizədək dərəcə ilə cəlb etmək mümkün olarsa, bu, bank üçün məqbul sayılır. Bu prosesdə ABB-nin beynəlxalq reytinqlərinin yüksəlməsi və banka olan etimadın artmasının mühüm rol oynayacağı gözlənilir.

    Bank rəhbəri qeyd edib ki, ABB artıq Avropa, ABŞ və Körfəz ölkələrindəki tərəfdaşlarına müraciətlər göndərib. Xarici istiqraz buraxılışı prosesində beynəlxalq təşkilatların və təşkilatçı bankların iştirak edəcəyi nəzərdə tutulur – Citibank daxil olmaqla müxtəlif beynəlxalq maliyyə institutları ilə ilkin təmaslar qurulub. Hazırda 10 xarici kontragent banka sorğular göndərilib və təqdim olunacaq şərtlər yaxın aylarda qiymətləndiriləcək.

    ABB-nin İdarə Heyətinin sədri vurğulayıb ki, bank daxili bazarda dollar istiqrazları yerləşdirməyi planlaşdırmır, çünki məqsəd ölkə daxilində dollarlaşmanı təşviq etməmək və xarici valyutada resursları əsasən beynəlxalq bazarlardan cəlb etməkdir. Əgər təqdim olunan şərtlər bankın maraqlarına uyğun gələrsə, ABB cari ilin sonuna doğru – böyük ehtimalla İngiltərədə qeydiyyatdan keçmiş istiqraz buraxılışı həyata keçirəcək. Bununla bağlı yekun qərar isə cari ilin birinci yarısında qəbul ediləcək.

    Abbas İbrahimov əlavə edib ki, ABB üçün bu proses yalnız maliyyə cəlbi deyil, həm də beynəlxalq istiqraz bazarındakı təcrübənin yenilənməsi baxımından əhəmiyyət daşıyır. Onun sözlərinə görə, həm Azərbaycan dövləti, həm də iri yerli təşkilatlar uzun müddətdir beynəlxalq istiqraz bazarına çıxış etmədiyi üçün bank bazar şərtlərini və investor marağını yenidən qiymətləndirmək niyyətindədir. Hər halda, xarici vəsait cəlbinə təcili ehtiyac olmasa da, bank uzunmüddətli və sərfəli şərtlərlə əməkdaşlığa hazır olduğunu bütün tərəfdaşlarına çatdırıb.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”

    24 İyun 2026

    Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

    24 İyun 2026

    Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

    24 İyun 2026

    24 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.