2026-cı ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 96 milyon 494,7 min manat məbləğində vəsait geri qaytarılıb.
Geri qaytarılan vəsaitlər, əsasən, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə görə ödədikləri ƏDV-nin qaytarılmasını əhatə edir. Bundan başqa, əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödənilmiş ƏDV də geri qaytarılıb.
Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılan vəsaitlər sırasındadır.

