- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Yelo Bankın Avropa İttifaqının 20-ci sanksiya paketinə düşməsi ilə bağlı açıqlama verib. Bu gün keçirilən mətbuat konfransında Kazımov bildirib ki, sanksiyaların tətbiqindən artıq bir müddət keçsə də, Mərkəzi Bank “Yelo Bank”la daimi kontaktdadır və hər hansı problem görmür. “Həm likvidlik, həm kapital adekvatlığı nöqteyi-nəzərdən bank kifayət qədər dayanıqlıdır. Bizim heç bir mənfi gözləntilərimiz yoxdur”, – deyə AMB sədri vurğulayıb. Kazımovun sözlərinə görə, Avropa İttifaqı tərəfindən qoyulmuş sanksiyalarla bağlı ödənişlərdə hansısa çətinliklər yarana bilər. Lakin son həftələrdə bankla müvafiq ödənişlər həyata keçirilir və heç bir problemlə üzləşilməyib. Mərkəzi Bank sədri qeyd edib ki, səbəbləri…
Son 5 ildə həm yerli, həm də qlobal maliyyə bazarlarında müxtəlif səbəblərdən ciddi dalğalanmalar müşahidə olundu. Bu səbəblər qlobal maliyyə risklərindən siyasi qərarlara qədər geniş spektri əhatə edir. İstənilən investor və ya trader hər hansı maliyyə alətinin qrafikinə baxdıqda nə qədər dəyişkən və volatil bir mühitdə fəaliyyət göstərdiyini vizual olaraq görə bilir. Amma gəlin məsələyə dollar və bu valyutada edilən yatırımlar baxımından yanaşaq. Dünyada aktivlərin böyük hissəsi məhz dollarla ticarət olunur və bu valyuta hələ də psixoloji baxımdan insanların ən çox güvəndiyi valyutalardan biri hesab edilir. Azərbaycanlı investor üçün isə dollarda yatırım edərkən hansı strategiyanı seçmək və necə davranmaq olduqca…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mart ayının nəticələrinə əsasən ölkədə illik inflyasiyanın 5,6% təşkil etdiyini açıqlayıb. GDP xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında AMB sədri bildirib ki, ərzaq inflyasiyası 6,5%, qeyri-ərzaq məhsulları üzrə inflyasiya 3,7%, ödənişli xidmətlər üzrə inflyasiya isə 5,7% olub. Mart ayının nəticələrinə görə illik baza inflyasiya 5,5% səviyyəsində formalaşıb. Kazımovun sözlərinə görə, Azərbaycanda inflyasiyaya əsasən təklif amilləri təsir edir. Başlıca amil ticarət tərəfdaşlarının orta çəkili inflyasiyasıdır. 2025-ci ilin dekabrında bu göstərici 7,5% səviyyəsində olub və mart ayının inflyasiyasına 2,7 faiz bəndi artırıcı təsir göstərib. Kənd təsərrüfatı istehsalı qiymətlərinin indeksi əsas təklif amillərdən biridir.…
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində dəyişməz saxlanılıb. Mərkəzi Bankdan GDP-yə bildirilib ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb.
2026-cı ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 96 milyon 494,7 min manat məbləğində vəsait geri qaytarılıb. Geri qaytarılan vəsaitlər, əsasən, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə görə ödədikləri ƏDV-nin qaytarılmasını əhatə edir. Bundan başqa, əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödənilmiş ƏDV də geri qaytarılıb. Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, artıq ödənilmiş digər vergilər,…
Azərbaycan kibertəhlükəsizlik sahəsində əhəmiyyətli uğur qazanaraq Milli Kibertəhlükəsizlik İndeksində (NCSI) 52-ci yerdən 31-ci sıraya yüksəlib. “e-Governance Academy” tərəfindən hazırlanan indeksdə ölkəmizin göstəricisi 75,83 baldan 83,33 bala çatıb. GDP xəbər verir ki, 100-dən çox ölkəni əhatə edən NCSI kibertəhlükəsizlik sahəsində ən etibarlı beynəlxalq ölçmə alətlərindən biri hesab olunur. İndeks yalnız texniki imkanları deyil, həm də hüquqi çərçivəni, idarəetmə qabiliyyətini və milli hazırlıq səviyyəsini qiymətləndirir. 12 əsas sahə və 49 indikator üzrə aparılan qiymətləndirmə göstərir ki, Azərbaycan kibertəhlükələrə operativ müdaxilə, milli siyasətin formalaşdırılması, institusional imkanlar və beynəlxalq əməkdaşlıq istiqamətlərində nəzərəçarpan irəliləyiş əldə edib. Bu uğur məqsədyönlü dövlət siyasətinin, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və…
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək Bu barədə “GDP”yə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, söhbət 4 vaqon gübrə və 4 vaqon taxıldan gedir. Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.
Qlobal oyun sənayesinin 2030-cu ilə qədər 500 milyard dollar dəyərə çatacağı proqnozlaşdırılır və belə bir dövrdə yeni inkişaf edən texnoloji mərkəzlərə diqqət artmaqdadır. Bu kontekstdə Azərbaycanda rəqəmsal ekosistemin qurulması və innovativ texnologiyaların tətbiqi ölkənin regionda liderə çevrilməsi üçün möhkəm zəmin formalaşdırır. GDP xəbər verir ki, son illərdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən strateji siyasət Azərbaycanın texnoloji və innovasiya potensialının artırılmasına mühüm dəyər qazandırır. Xüsusilə startapların və yaradıcı iqtisadiyyatın dəstəklənməsi innovasiya ekosisteminin quruculuğu üçün atılan ciddi addımlardır. Yaradıcı iqtisadiyyatın inkişafında oyun sənayesinin əhəmiyyəti də vurğulanmalıdır. Son bir neçə ildə Azərbaycanda oyun studiyalarının sayında ciddi artım müşahidə edilir. Hazırda…
Dövlətə məxsus olan “Aqrarkredit” QSC BOKT-nin rəhbərliyində bir sıra mühüm təyinatlar baş tutub. GDP xəbər verir ki, Anar Kərimov Mehman oğlu Müşahidə Şurasının sədri, Gündüz Əliyev Əvəzağa oğlu Osman Xalıyev İsmayıl oğlu üzvlər seçiliblər. A.Kərimov maliyyə nazirinin müavini, digər şəxslər isə nazirliyin vəzifəli əməkdaşlarıdır. Digər dəyişikliyə əsasən, indiyədək İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Qəhrəman oğlu Kələşovun sədr vəzifəsinə təyinatı təsdiqlənib. Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 72.67 milyon manatdır. BOKT 100 % dövlətə məxsusdur.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Harvard Universitetinin “Growth Lab” Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla görüş keçirib. Görüş zamanı ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi, pul siyasətinin ötürücülük mexanizminin təkmilləşdirilməsi və maliyyə vasitəçiliyinin genişləndirilməsi sahəsində əldə olunan nailiyyətlər və qarşıda duran prioritetlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Bundan əlavə, “Growth Lab” Mərkəzi tərəfindən Azərbaycanda reallaşdırılmış layihənin yekun nəticələri müzakirə olunub. Görüşdə həmçinin maliyyə bazarlarının inkişafına yönəlmiş birgə təşəbbüslər və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
