- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Azərbaycan Mərkəzi Banka yeni baş direktor təyin edilib. GDP xəbər verir ki, bu, Sadiq Fərhad oğlu Axundovdur. O bu vəzifəsinə mayın 1-dən etibarən start verib. Hazırda tənzimləyicinin 10 baş direktoru var. Sadiq Axundov əmək fəaliyyətinə 2009-cu ildə “Azəriqazbank” ASC-də Bank sistemləri şöbəsində mütəxəssis vəzifəsi ilə başlamış, həmin bankda müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-2019-cu illərdə “Amrahbank” ASC-də Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2019-2024-cü illərdə “ZiraatBank Azərbaycan” ASC-də İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləmişdir. 2024-cü ilin mart-iyul aylarında Azərbaycan Respublikası Mərkəzi Bankında Sədrin ofisi departamentində məsləhətçi vəzifəsində işləmişdir. 2024-cü…
Profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə cari ilin ötən aylarında valyuta bazarında təklif tələbi üstələyib, ölkənin valyuta ehtiyatlarında artım davam edib. Valyuta bazarında təklifin tələbi üstələməsi həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub. GDP xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilir. Son dövrlər valyuta hərraclarında tələbin aşağı olması nəticəsində valyuta bazarında təklif artıqlığı formalaşıb və bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə, valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 29,7 milyon ABŞ dolları artıb.…
“Rabitəbank” ASC mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə beynəlxalq investisiya şirkəti “Enabling Qapital” ilə əməkdaşlıq çərçivəsində 7 milyon ABŞ dolları məbləğində maliyyə resursu cəlb edib. Cəlb olunan vəsaitin əsas məqsədi mikro və KOB seqmentində fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinə dəstək vermək, onların dayanıqlı inkişafını təşviq etmək, eyni zamanda real sektorun böyüməsinə və iqtisadi aktivliyin güclənməsinə töhfə verməkdir. Yeni maliyyə resursu çərçivəsində ayrılmış vəsaitin mikro və kiçik biznes subyektlərinin kredit resurslarına çıxış imkanlarını artırması, onların dövriyyə və investisiya ehtiyaclarının qarşılanmasına dəstək verməsi, həmçinin yeni biznes təşəbbüslərinin və məşğulluğun təşviqinə xidmət etməsi nəzərdə tutulur. Cəlb edilmiş vəsait bizneslərin…
Azərbaycan Mərkəzi Bankı (AMB) 1 may 2026-cı il tarixinə olan rəsmi məzənnələri açıqlayıb. Ötən günlə müqayisədə 38 xarici valyutadan 25-i bahalaşmış, 3-ü ucuzlaşmış, qalanları isə sabit qalmışdır. Bank metalları arasında ən çox palladiumda qeydə alınıb. GDP xəbər verir ki, mayın 1-dən etibarən ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb. Avronun dəyəri isə 0,55 faiz artaraq 1,9824 manatdan 1,9934 manata yüksəlib. Ən çox bahalaşan valyutalar və metallar Palladium (XPD) ötən günlə müqayisədə 4,61 faiz bahalaşaraq 2479,9770 manatdan 2594,2340 manata qalxıb. Platin (XPT) 3,81 faiz artımla 3365,1415 manat, gümüş (XAG) isə 3,08 faiz bahalaşaraq 125,5205 manat olub. Valyutalar sırasında ən…
Azərbaycan bank sektorunda 2026-cı ilin martda depozit portfelinin strukturunda əhəmiyyətli dəyişiklik baş vermişdir. GDP Mərkəzi Bankın statistik bülletenlərininə istənadən xəbər verir ki, illik müqaisədə cəmi depozitlər cəmi 0,7 faiz və ya 275,3 milyon manat artaraq 37 milyard 568,4 milyon manat təşkil etsə də, bu artım əsasən fiziki şəxslərin hesabına baş vermiş, hüquqi şəxslərin depozitləri isə kəskin azalmışdır. Hesabat dövründə hüquqi şəxslərin depozitləri 7 faiz və ya 1 milyard 568,9 milyon manat azalaraq 20 milyard 980,1 milyon manata düşmüşdür. İqtisadi təhlillərə görə, bu azalma şirkətlərin vəsaitlərini dövriyyə kapitalına, avadanlıq alışına və digər investisiya layihələrinə yönəltməsi ilə əlaqələndirilir. Bu, real sektorun canlandığını…
Avropa Mərkəzi Bankı (AMB) cümə axşamı başa çatan aprel iclasının yekunlarına əsasən, əsas faiz dərəcələrini əvvəlki səviyyələrdə saxlayıb. Tənzimləyicinin açıqlamasında deyildiyi kimi, depozit faiz dərəcəsi illik 2%, əsas yenidən maliyyələşdirmə əməliyyatları (MRO) üzrə faiz dərəcəsi 2,15%, marjinal kreditlər üzrə faiz dərəcəsi isə 2,4% səviyyəsində qalıb. Bu qərar analitiklərin və bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşür.
Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Sisteminin Yaşıllaşdırılması Üzrə Mərkəzi Banklar və Nəzarət Qurumları Şəbəkəsinə (NGFS) tamhüquqlu üzv olaraq qəbul edilib. Bu qərar ölkəmizin dayanıqlı maliyyə sahəsində beynəlxalq öhdəliklərinin gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir. Tamhüquqlu üzv statusu çərçivəsində Mərkəzi Bank şəbəkənin işçi qruplarının fəaliyyətində fəal iştirak edəcək, iqlim ssenarisi təhlili, yaşıl maliyyə, iqlim stres-testləri, həmçinin dayanıqlılıq amillərinin pul siyasəti və prudensial nəzarət çərçivələrinə inteqrasiyası sahələrində aparılan kollektiv tədqiqatlara töhfə verəcək və bu tədqiqatların nəticələrindən faydalanacaq. Mərkəzi Bankdan bildirilib ki, NGFS-ə qoşulma qurumun dayanıqlı maliyyə gündəliyinin – o cümlədən Yaşıl taksonomiyanın tətbiqi, yaşıl istiqraz bazarının formalaşdırılması və maliyyə sektorunda iqlim riskləri…
Sərfəli xidmətləri ilə tanınan “Nar” sosial məsuliyyət prinsiplərinə sadiqliyini davam etdirərək “Ümid oturacağı” layihəsinə dəstək verib. Bakıda keçirilən tədbir çərçivəsində 6–12 yaş arası fiziki məhdudiyyətli uşaqlara xüsusi təkərli oturacaqlar təqdim olunub, ümumilikdə 60 uşaq bu təşəbbüsdən faydalanıb. Təqdim olunan vasitələr uşaqların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, onların cəmiyyətə daha fəal inteqrasiyasını dəstəkləyir, yüngül, rahat və beynəlxalq standartlara uyğun olmaqla birlikdə cəlbedici dizaynı ilə həm fiziki rahatlığı, həm də özünəinamı artırır. “Biz “Nar” olaraq, ESG strategiyamız çərçivəsində cəmiyyətin həssas qruplarının dəstəklənməsinə xüsusi önəm veririk. “Ümid oturacağı” kimi təşəbbüslər vasitəsilə fiziki məhdudiyyətli uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və onların cəmiyyətə daha fəal inteqrasiyasına töhfə…
Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 2026-cı il mart ayına dair statistik bülletenlərinə əsasən, ölkə bank sektorunun kredit portfelində əhəmiyyətli artım qeydə alınıb. Kredit portfeli 2,4 milyard manat böyüyüb Cəmi kredit portfeli 8,7 faiz (2 milyard 413,2 milyon manat) artaraq 30 milyard 290,3 milyon manat təşkil edib. Artımın əsas sürücüləri biznes və istehlak kreditləri olub. Biznes kreditləri – 16,2 milyard manat Biznes kreditləri 8,6 faiz (1 milyard 279,8 milyon manat) artaraq 16 milyard 214,8 milyon manata çatıb. Mərkəzi Bankın məlumatına əsasən, bu artım xüsusilə ticarət, xidmət və kənd təsərrüfatı sahələrində investisiya aktivliyinin davam etdiyini göstərir. İstehlak kreditləri 10,3 faiz artıb İstehlak…
Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 2026-cı il mart aylarına dair statistik bülleteninə əsasən, ölkənin bank sektorunda pul-kredit göstəricilərində əhəmiyyətli artım müşahidə olunub. Aktivlər 5,7% artıb Cəmi aktivlər 54 milyard 855,6 milyon manatdan 57 milyard 960,8 milyon manata yüksələrək 5,7 faiz (3 milyard 105,2 milyon manat) artım göstərib. Mərkəzi Bankın məlumatına əsasən, bu artım ilk növbədə kreditləşmə fəallığının güclənməsi və depozit bazasının genişlənməsi ilə bağlıdır. Kapital daha sürətli artıb Cəmi öhdəliklər 4,9 faiz (2 milyard 331,8 milyon manat) artaraq 50 milyard 292,5 milyon manata çatıb. Lakin daha diqqətçəkən göstərici balans kapitalının dinamikası olub – kapital 11,2 faiz (773,4 milyon manat) artaraq…
