Azərbaycan bank sektorunda 2026-cı ilin martda depozit portfelinin strukturunda əhəmiyyətli dəyişiklik baş vermişdir.
GDP Mərkəzi Bankın statistik bülletenlərininə istənadən xəbər verir ki, illik müqaisədə cəmi depozitlər cəmi 0,7 faiz və ya 275,3 milyon manat artaraq 37 milyard 568,4 milyon manat təşkil etsə də, bu artım əsasən fiziki şəxslərin hesabına baş vermiş, hüquqi şəxslərin depozitləri isə kəskin azalmışdır.
Hesabat dövründə hüquqi şəxslərin depozitləri 7 faiz və ya 1 milyard 568,9 milyon manat azalaraq 20 milyard 980,1 milyon manata düşmüşdür. İqtisadi təhlillərə görə, bu azalma şirkətlərin vəsaitlərini dövriyyə kapitalına, avadanlıq alışına və digər investisiya layihələrinə yönəltməsi ilə əlaqələndirilir. Bu, real sektorun canlandığını və şirkətlərin banklarda saxladıqları vəsaitləri iqtisadiyyata yatırmağa başladıqlarını göstərir.
Bunun əksinə olaraq, fiziki şəxslərin əmanətlərində nəzərəçarpacaq artım müşahidə olunmuşdur. Əhalinin banklardakı əmanətləri 12,5 faiz və ya 1 milyard 844,2 milyon manat artaraq 16 milyard 588,3 milyon manata çatmışdır. Bu artımın başlıca səbəbləri arasında manata inamın güclənməsi, depozit faizlərinin cəlbediciliyi və əhalinin gələcəyə etimadla uzunmüddətli əmanətlərə yönəlməsi durur.
Maraqlıdır ki, fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi də azalmışdır. Xarici valyutada əmanətlərin payı 33,6 faizdən 30,9 faizə düşmüş, manatla əmanətlərin payı isə 66,4 faizdən 69,1 faizə yüksəlmişdir. Bu, de-dollarlaşma siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirilir.
Bundan başqa, müddətli əmanətlərin payı da 61,1 faizdən 64,9 faizə yüksəlmişdir. Unikal müddətli əmanətçilərin sayı bir il ərzində 31,1 faiz artaraq 207,5 min nəfərə çatmışdır. Bu göstərici əhalinin bank sisteminə etimadının yüksək səviyyədə qaldığını və insanların gələcək üçün planlı şəkildə vəsait yığmağa meylli olduqlarını təsdiqləyir.
Beləliklə, bank sektorunda depozit portfelinin strukturu köklü şəkildə dəyişmişdir. Şirkətlər vəsaitlərini iqtisadiyyata yatırmağa üstünlük verir, əhali isə artan gəlirləri hesabına əmanətlərini artırır və milli valyutaya etimad göstərir. Bu tendensiya iqtisadiyyatın sağlam inkişafı, investisiya mühitinin canlanması və maliyyə sabitliyi baxımından müsbət əlamət kimi dəyərləndirilir.

