Bu ilin I rübündə Azərbaycanda vahid xəzinə hesabının qalığının aktiv idarəetməyə verilməsindən 7,4 milyon manat faiz gəliri əldə edilib.
GDP bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, söhbət xarici valyutada olan vəsaitlərin idarə edilməsindən gedir.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub.

