- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
ABŞ-dan kənarda olan dollar depozitlərinin ümumi həcmi 2000-ci illərin əvvəlindən 220% artıb. Müqayisə üçün: avrozona xaricində avro depozitləri cəmi 3,5 trilyon dollardır. ABŞ daxilində banklar 19 trilyon dollardan çox vəsaitə nəzarət edir. Beləliklə, ofşor dollar depozitləri daxili baza ilə müqayisədə 43% təşkil edir. Heç bir digər valyuta bu səviyyədə qlobal nüfuza yaxınlaşmır. Rəqəmlər təsdiq edir: dolların ehtiyat və hesablaşma vahidi kimi tələbi, dedollarizasiya söhbətlərinə baxmayaraq, son dərəcə yüksək olaraq qalır.
Dünyanın ən böyük aktiv idarəçisi BlackRock dərc etdiyi analitik hesabatda bitkoinin (BTC) pulun “əsrlər boyu həll olunmamış problemləri” – devalvasiya, müsadirə və transsərhəd məhdudiyyətlər – qarşısında etibarlı alternativ olduğunu bildirib. Hesabatda vurğulanır ki, BTC-nin qlobal dəyər anbarı (global store of value) nişində heç bir real rəqibi yoxdur. Şirkət bitkoini “rəqəmsal qızıl” ilə müqayisə edir və onun uzunmüddətli strateji aktiv statusunu təsdiqləyir. BlackRock-ın bu mövqeyi xüsusilə əhəmiyyətlidir, çünki şirkət ABŞ-da bitkoin üzrə spot ETF-lərin işə salınmasında əsas rol oynayıb. Analitiklər bunu institusional narrativin “riskli aktiv”dən “strateji ehtiyat”a tam keçidi kimi şərh edirlər. Bununla belə, ekspertlər xatırladırlar ki, BlackRock müştərilərinin vəsaitlərini idarə…
Azərbaycan Mərkəzi Bankı (AMB) “Naxçıvanbank” ASC-nin əmanətçiləri və digər depozit hesabı sahibləri üçün hesab qalıqlarının geri qaytarılması prosesini daha əlçatan edir. GDP xəbər verir ki,yeni tətbiq olunan sistem vətəndaşlara onlayn qaydada müraciət etmək imkanı verir. Artıq fiziki şəxslər AMB-nin “Elektron Xidmətlər Portalı”nın “Elektron müraciətlər sistemi” vasitəsilə qalıq vəsaitlərinin öz bank hesablarına köçürülməsi üçün müraciət edə bilərlər. Müraciətə şəxsiyyət vəsiqəsinin surəti, bank hesab rekvizitləri, vəkil tərəfindən edildikdə etibarnamə və nümayəndənin sənədinin surəti əlavə edilməlidir. Ənənəvi qaydada müraciət etmək istəyənlər isə AMB-nin Naxçıvan Muxtar Respublikası İdarəsinə yaxud 2 və 5 saylı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən vətəndaş qəbulu bölmələrinə üz tuta bilərlər. Fiziki şəxslərə vəsait nağd qaydada,…
“Rabitəbank” ASC rəqəmsal innovasiyalar və yeni nəsil bankçılıq həlləri istiqamətində məhsul portfelini genişləndirərək “Gamer” auditoriyası üçün nəzərdə tutulan yeni kart məhsulunu təqdim edib. “Rahat bankçılıq” konsepsiyasına uyğun olaraq hazırlanmış “Kartmane Gamer” məhsulu bankın gənc auditoriyaya yönəlmiş innovativ məhsullar xəttinin növbəti mərhələsi kimi çıxış edir. Bu məhsulun yaradılmasında məqsəd yalnız ödəniş aləti təqdim etmək deyil, eyni zamanda gaming ekosisteminin ehtiyaclarına uyğun yeni istifadəçi təcrübəsi formalaşdırmaqdır. Yeni kart məhsul xüsusilə oyunsevərlər, rəqəmsal platformalardan aktiv istifadə edən gənclər və gaming ekosisteminin iştirakçıları üçün nəzərdə tutulub. Kart vasitəsilə istifadəçilər oyun platformalarında ödənişlər, rəqəmsal abunəliklər, gündəlik tranzaksiyalar və digər əməliyyatlar üzrə daha rahat, çevik və…
Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dayazlaşması səbəbindən Aktau – Bakı – Tbilisi – Ceyhan (ABTC) neft marşrutunun keçiricilik qabiliyyətini artırmaq məqsədilə birgə dib təmizləmə və dərinləşdirmə işlərinə başlayır. Bakıda Azərbaycanın AZCON holdinqi və “Samruk-Qazına İnvest” arasında birgə müəssisə yaradılması haqqında saziş imzalanıb. Birgə müəssisə xüsusi gəmi alaraq həm Qazaxıstan, həm də Azərbaycanın limanlarında dib çöküntülərinin təmizlənməsini həyata keçirəcək. İşlərə gələn il Azərbaycan tərəfində başlanılacaq, sonra Qazaxıstan sektorunda davam etdiriləcək. Xəzər dənizinin səviyyəsi 2006-2024-cü illərdə 2 metr enərək hazırda Dünya okeanının səviyyəsindən 29 metr aşağıdadır. Dayazlaşma tankerlərin və ticarət gəmilərinin hərəkətini ciddi şəkildə çətinləşdirir, xüsusilə Aktau limanından Bakıya neft daşınmasına mane…
Böyük Britaniyanın BP şirkəti 2026-cı ilin üçüncü rübündə Qarabağ yatağının işlənməsi layihəsi üçün Azərbaycanda boru dəstələri (pipeline bundles) istehsalı zavodunun tikintisinə başlamağı planlaşdırır. GDxəbər verir ki, bu barədə zavodun tikintisi layihəsinin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) hesabatının yekun variantında qeyd olunub. “Layihə çərçivəsində istehsalat sexinin, boru kompleksləri üçün rels yollarının, dənizə buraxılış yolunun, boruların saxlanması üçün meydançaların, mühəndis-kommunikasiya xətlərinin, istismar mərhələsi üçün yaşayış düşərgəsinin, ofislərin və çınqıl örtüklü qısa giriş yolunun tikintisi nəzərdə tutulur. Müəssisə Bakının Qaradağ rayonu ərazisində yerləşən Bəndovan yaşayış məntəqəsində tikiləcək, 2026-cı ilin üçüncü rübündə tikintiyə başlanılacaq və 2028-ci ilin birinci rübünədək davam edəcək”, – sənəddə qeyd…
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edib. GDP xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, Azərbaycana idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə köçürmələrin icrası üçün Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra ediləcək. Bu halda xüsusi tapşırığı təsdiq edən sənədin surəti bankda saxlanılacaq. Həmçinin yeni əlavə olunanan maddə ilə avans ödənişi…
Hesablama Palatası aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə yaşayış sahələrinin icbari sığortalanması mexanizminin təkmilləşdirilməsini təklif edir. GDP biznes və maliyyə xəbərləri portalı bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, ünvanlı dövlət sosial yardımı alan ailələrin evlərinin sığortalanması prosesinə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə nəzarət edilməsi və aztəminatlı ailələrə məxsus mənzillərin sığorta haqlarının ödənilməsi qaydalarının mövcud sığorta qanunvericiliyinə tam uyğunlaşdırılması nəzərdə tutulur.
Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində növbəti faiz qərarını açıqlayacaq. Mövcud makroiqtisadi şərait, pul bazarındakı dinamika və son açıqlanan məlumatlar göstərir ki, tənzimləyici qurum ehtiyatlı mövqeyini qoruyaraq faiz dəhlizinin parametrlərini dəyişməz saxlamağa daha yaxın görünür. Hazırda uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı və yuxarı hədləri isə müvafiq olaraq 5.5% və 7.5% təşkil edir. Bu parametrlər fonunda pul bazarında formalaşan faizlər- xüsusilə AZIR göstəricisi – uçot dərəcəsinə yaxın hərəkət edir və son aylarda azalma meyli nümayiş etdirir. Yanvarda 6.70% olan AZIR fevralda 6.54%-ə, martda isə 6.47%-ə enib. Bu dinamika onu göstərir ki, monetar şərait faktiki olaraq müəyyən qədər yumşalıb…
Fox Business News-un İqtisadi Analiz Bürosunun rəqəmlərinə istinadən verdiyi məlumata görə, ABŞ-ın dövlət borcu İkinci Dünya müharibəsindən bəri ilk dəfə ölkənin iqtisadiyyatının həcmini keçib. 31 mart 2024-cü il tarixinə olan göstəricilərə əsasən, dövlət borcu 31,27 trilyon dollar təşkil edib. Son 12 aylıq dövrdə ölkənin ümumi daxili məhsulu (ÜDM) isə 31,22 trilyon dollar olaraq qiymətləndirilir. Beləliklə, borcun ÜDM-ə nisbəti 100 faizi ötüb və hökumət 1946-cı ildə qeydə alınmış rekord göstəriciyə – 106 faizə sürətlə yaxınlaşır. Həmin nisbət ABŞ tarixində ən yüksək göstərici olaraq qalır.
