Hesablama Palatası aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə yaşayış sahələrinin icbari sığortalanması mexanizminin təkmilləşdirilməsini təklif edir.
GDP biznes və maliyyə xəbərləri portalı bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, ünvanlı dövlət sosial yardımı alan ailələrin evlərinin sığortalanması prosesinə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə nəzarət edilməsi və aztəminatlı ailələrə məxsus mənzillərin sığorta haqlarının ödənilməsi qaydalarının mövcud sığorta qanunvericiliyinə tam uyğunlaşdırılması nəzərdə tutulur.

