Author: Aynure Gdp

Azərbaycanın aparıcı banklarından biri olan ABB (Azərbaycan Beynəlxalq Bankı) son dövrlərdə həm müştəri təhlükəsizliyi, həm də ətraf mühitə töhfə sahəsində əhəmiyyətli nəticələr əldə edib. Bank rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat istiqamətində atdığı addımlarla diqqəti cəlb edir. GDP xəbər verir ki, bu barədə ABB -nin Dayanıqlılıq Hesabatına dair mətbuat konfransında məlumat verlib. Məlumata görə ABB rəqəmsal bankçılıq xidmətlərinin təhlükəsizliyini artırmaq məqsədilə MyGov və ASAN inteqrasiya sayəsində müştərilərin vacib sənədlərə rəqəmsal çıxışını təmin edib. Bank əməliyyatlarının təhlükəsizliyi beynəlxalq PCI DSS 4.0 standartı ilə bir daha təsdiqlənib. Bundan əlavə, ABB mobile tətbiqinə SIM kilidi qoruma funksiyasının inteqrasiyası ilə gündəlik 3 milyon cihazda təhlükəsizlik…

Read More

“AzerGold” QSC Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş gümüş xatirə sikkəsi təqdim edib. GDP xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində buraxılan xüsusi sikkə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində Azərbaycanın tarixi memarlıq ənənələrini təbliğ edir. Sikkənin dizaynında “Smartminting” texnologiyası ilə Möminə Xatun məqbərəsi, Yusif ibn Küseyir türbəsi, qoşa minarəli baştağ və Qarabağlar türbəsi əks olunub. Limitli sayda buraxılan gümüş sikkəni Satış və mübadilə mərkəzində (Bakı, Bülbül prospekti 3) və www.azergold.gift platformasında əldə etmək olar.

Read More

ABŞ-ın ən böyük kriptovalyuta birjası Coinbase korporativ balansını 88 milyon dollar dəyərində bitcoin ($BTC) alışı ilə artırıb. Şirkətin açıqlamasına görə, bu addım strateji ehtiyatın formalaşdırılması məqsədi daşıyır. Məbləğ Coinbase-in ümumi aktivlərinin həcmi ilə müqayisədə nisbətən kiçik olsa da, siqnal vacibdir: şirkət bitcoini toplamağa davam edir. Bazar iştirakçıları bu addımı müsbət qiymətləndirirlər. İnstitusional oyunçu cari dəyişkənliyə (volatilliyə) baxmayaraq aktivə marağını artırır. 88 milyon dollarlıq alışın birbaşa olaraq bitcoinin qiymətinə ciddi təsir gözlənilmir, lakin korporativ yığım trendinin davam etdiyini göstərir. Analitiklər qeyd edirlər ki, bu cür addımlar uzunmüddətli perspektivdə bazar üçün dayaq rolu oynaya bilər.

Read More

ABŞ prezidenti Donald Tramp ölkənin kifayət qədər neft həcminə malik olduğunu və enerji resursları qıtlığı ilə üzləşmədiyini bəyan edib. Ağ Evin yaydığı açıqlamaya görə, dövlət başçısı vurğulayıb ki, hazırda ABŞ-da enerji böhranı mövcud deyil və strateji ehtiyatlar əhəmiyyətli səviyyədədir. Ekspertlər bu bəyanatı administrasiyanın yanacaq qiymətlərini nəzarətdə saxlamaq və inflyasiya gözləntilərini azaltmağa yönəlmiş ritorikasının bir hissəsi kimi qiymətləndirirlər. Bazarlar üçün siqnal odur ki, Ağ Ev cari təklif səviyyəsinə güvənərək hasilatı və ya idxalı stimullaşdırmaq üçün fövqəladə tədbirlər görməyi planlaşdırmır. Analitiklərin fikrincə, qısamüddətli perspektivdə bu açıqlama neft kotirovkalarına orta səviyyədə təzyiq göstərə bilər. Lakin sektorda investisiya dövrü ilə bağlı struktur risklər qalmaqdadır.…

Read More

Qarabağda kənd təsərrüfatı məqsədilə 14 min hektara yaxın torpaq sahəsi investorlara ayrılıb. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. Nazirin sözlərinə görə, Qarabağ bölgəsində aqrar sahədə investorların iştirakının təmin edilməsi üçün keçirilən müsabiqələr davam etdirilir: “İndiyədək iki müsabiqə artıq başa çatdırılıb. Bu müsabiqələrin nəticələrinə əsasən, təqribən 12 mindən 14 min hektara qədər ərazi investorlara təhkim edilib. Hazırda üçüncü müsabiqə də elan olunub”. M. Məmmədov vurğulayıb ki, Azərbaycanda əsas çətinlik su ehtiyatlarının çatışmazlığı deyil, mövcud su ehtiyatlarının əkin sahələrinə ötürülməsidir: “Hazırkı suvarma infrastrukturunun əhəmiyyətli hissəsi köhnəlmiş vəziyyətdədir. Kanalların böyük əksəriyyəti torpaqdan ibarətdir. Suvarma prosesi əsas etibarilə ənənəvi selləmə metodu ilə həyata keçirilir, müasir suvarma texnologiyalarının tətbiqi…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov lombardlarla bağlı hüquqi-normativ bazanın yeniləndiyini və razılaşdırma mərhələsində olduğunu açıqlayıb. Mərkəzi Bank rəhbəri bildirib ki, mövcud tənzimləmə müvafiq səviyyəyədək gətiriləcək. Bununla belə, razılaşdırma prosesinin bürokratik xarakter daşıdığını və müəyyən vaxt tələb etdiyini vurğulayıb. Taleh Kazımov ümidvar olduğunu ifadə edib ki, sənədlər cari il ərzində təsdiqlənəcək və tətbiq olunacaq. Qeyd edək ki, lombard fəaliyyətinin tənzimlənməsi maliyyə bazarının şəffaflığının artırılması və istehlakçı hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Read More

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək. GDP xəbər verir ki, bu, Prezident İlham Əliyevin ““Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Fərmanında əksini tapıb. Fərmana əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək. Müəyyən edilib ki: – Cəmiyyət ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə…

Read More

 Bloomberg-in hesablamalarına əsasən, Cənubi Koreyanın Kospi səhm bazarının ümumi kapitallaşması 2026-cı ilin əvvəlindən 70%-dən çox artaraq 4,59 trilyon ABŞ dollarına çatıb. GDP xəbır verir ki, bu göstərici ilə ölkə Kanada fond bazarını geridə qoyaraq dünyanın yeddinci ən böyük fond bazarına çevrilib. Müqayisə üçün, Kanadanın S&P/TSX Composite indeksi eyni dövrdə 7% artaraq 4,5 trilyon dollar həcmində qərarlaşıb. Ekspertlər Cənubi Koreya bazarının sürətli yüksəlişini süni intellekt sistemləri üçün yarımkeçiricilərə və yaddaş çiplərinə artan tələbatla əlaqələndirirlər. Bu amil ölkənin ən böyük yarımkeçirici yaddaş istehsalçıları olan Samsung Electronics və SK Hynix-in səhmlərinin ilin əvvəlindən iki dəfədən çox bahalaşmasına səbəb olub. Qeyd edək ki, bu…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, ölkədə mövcud inflyasiyanın təxminən 70-80 faizi idxal hesabına formalaşır. Bu gün keçirilən mətbuat konfransında AMB sədri qeyd edib ki, aparılan təhlillər və təxmini hesablamalar göstərir ki, inflyasiyanın 70-80 faiz ətrafında hissəsi idxal olunur. Bu da təklif amillərinə aiddir. Kazımovun sözlərinə görə, təklif amillərinə iki istiqamət daxildir: birincisi, idxal olunan mal və xidmətlərin qiymətləri; ikincisi, yerli bazarda tənzimlənən qiymətlərin artımı. Bu, istehsalçıların xərcini artırır və xərc komponenti kimi təklif komponentinə təsir edir. “Təklif komponentləri aylar üzrə dəyişir. Ümumilikdə həm idxal, həm də daxili bazar xərc amili 70 faiz təşkil edir”, – deyə…

Read More

2026-cı ilin yanvar – aprel ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard manatdan çox vergi daxil olub ki, bu da proqnozdan 129,0 milyon manat çoxdur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 5 milyard 360,3 milyon manatdan çox təşkil edib və büdcəyə proqnozdan əlavə 108,3 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan daxilolmalar 412,3 milyon manat və ya 8,3 faiz artıb. 2026-cı ilin yanvar – aprel aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 210,6 milyon manatdan çox olub, proqnozdan əlavə 117,9 mln. manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar…

Read More