Close Menu
    What's Hot

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026
    Trending
    • AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026
      Recent

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
    Bloq yazıları

    Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır

    06 May 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Son 5 ildə həm yerli, həm də qlobal maliyyə bazarlarında müxtəlif səbəblərdən ciddi dalğalanmalar müşahidə olundu. Bu səbəblər qlobal maliyyə risklərindən siyasi qərarlara qədər geniş spektri əhatə edir. İstənilən investor və ya trader hər hansı maliyyə alətinin qrafikinə baxdıqda nə qədər dəyişkən və volatil bir mühitdə fəaliyyət göstərdiyini vizual olaraq görə bilir.

    Amma gəlin məsələyə dollar və bu valyutada edilən yatırımlar baxımından yanaşaq. Dünyada aktivlərin böyük hissəsi məhz dollarla ticarət olunur və bu valyuta hələ də psixoloji baxımdan insanların ən çox güvəndiyi valyutalardan biri hesab edilir. Azərbaycanlı investor üçün isə dollarda yatırım edərkən hansı strategiyanı seçmək və necə davranmaq olduqca vacibdir. Çünki son nəticədə əldə edilən qazanc manatda xərclənəcəksə, manat inflyasiyası da mütləq nəzərə alınmalıdır.

    Bu səbəbdən eyni strategiyanı tətbiq edən, lakin fərqli risk səviyyəsində aktivlər seçən iki investorun nəticələrinə baxaq.

    Strategiyamız belədir:
    2021-ci ildən başlayaraq hər rübdə 1000 dollar yatırım edən iki investor düşünək. Birinci investor illik ortalama 5% sabit gəlir əldə edən daha konservativ alətlərə yatırım edir. İkinci investor isə gələcək nəticəni bilmədən hər rübdə eyni məbləği Bitcoin-ə yatırır.

    Nəticələr isə belə olur:

    Riskdən uzaq duraraq sabit gəlir seçən investorun ümumi yatırımı 21.000 dollar təşkil edir. Bu müddətin sonunda onun qazancı təxminən 3.300 dollar olur və kapitalı 24.300 dollara yüksəlir. Bu isə ümumi olaraq 15.7% gəlir deməkdir. Riskin aşağı olması baxımından pis nəticə hesab edilə bilməz.

    İkinci investorun nəticələri isə fərqlidir. Onun da ümumi yatırımı 21.000 dollar olsa da, qazancı 18.330 dollar, ümumi kapitalı isə 39.330 dollar və ya 87.3% gəlir təşkil edir. Kağız üzərində bu nəticə olduqca təsirli görünür.

    Amma burada vacib bir nüans var. Bitcoin-in xüsusilə 2022-ci ildə yaşadığı sərt eniş və yüksək volatillik nəzərə alınarsa, investorun da insan olduğu unudulmamalıdır. Psixoloji baxımdan belə bir strategiyanı davam etdirmək olduqca çətin ola bilərdi. Nassim Taleb-in dediyi kimi:

    “Risk qrafikdə görünən şey deyil. Risk — sənin gecə yata bilməməyindir.”

    Birinci investor daha risksiz aktivlər seçərək gəlirini əvvəlcədən təxmin edə bilirdi. İkinci investor isə əlavə risk alaraq “alfa” axtarışına çıxmışdı və nəticənin necə olacağını əvvəlcədən bilmirdi. Hətta hər iki investor strategiyanı bir neçə il daha davam etdirsə belə, ikinci investorun yekun nəticəsi yenə də qeyri-müəyyən qalacaqdı.

    Bəs real gəlirlilik baxımından hansı strategiya daha doğrudur? Bunun üçün nominal gəlirlərə əlavə olaraq inflyasiyanı da nəzərə almaq lazımdır.

    Birinci investor kağız üzərində 3.300 dollar qazanaraq kapitalını 24.300 dollara yüksəldib. Amma həmin dövrdə Azərbaycanda manat inflyasiyasının ümumilikdə 42–43% təşkil etdiyini nəzərə alsaq, investorun real alıcılıq gücü təxminən 17.100–17.500 dollar səviyyəsinə düşür. Bu isə təxminən 3.500 dollar real zərər deməkdir.

    İkinci investorun vəziyyəti isə fərqlidir. 39.330 dollarlıq kapital inflyasiya təsiri çıxıldıqdan sonra belə 27.500–28.000 dollar real dəyər saxlayır. Bu isə təxminən 6.500–7.000 dollar real sərvət artımı deməkdir.

    Bəli, Bitcoin yüksək riskli aktivdir. Amma müasir iqtisadi reallıqda risk almadan inflyasiyanı üstələyən əlavə gəlir əldə etmək demək olar ki, mümkün deyil. Bundan əlavə, investor yalnız itirilmiş real kapital ilə deyil, eyni zamanda itirilmiş fürsətlər və zaman itkisi ilə də üz-üzə qalır.

    Aşağıda bu müqayisəni qrafik formada da təqdim edirik.

    Qeyd:
    Burada risk və inflyasiya təsirini daha aydın göstərmək, həmçinin hesablamanı sadələşdirmək üçün yalnız bir aktiv üzərində nümunə göstərilib. Reallıqda investorlar adətən bir neçə aktivə yatırım edir, zamanla fikirlərini dəyişir və müxtəlif dövrlərdə fərqli gözləntilərə sahib olurlar. Bundan əlavə, bank komissiyaları, köçürmə xərcləri, əməliyyat haqları və digər əlavə xərclər bu hesablamalara daxil edilməyib.

    Müəllif:Tamerlan Bayramov

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026

    Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir

    06 Avqust 2026

    Saudi Aramco 2026-cı ilin ikinci yarısında dünya üzrə neft tələbatının gündəlik 107,1 milyon barelə qədər artacağını gözləyir

    04 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.