Avropa İttifaqı Çin mənşəli “Temu” marketpleysini platformada təhlükəli və qanunsuz məhsulların satışına görə 200 milyon avro (təxminən 232 milyon dollar) məbləğində cərimələyib.
GDP cəbər verir ki, Avropa Komissiyasının açıqlamasına görə, platformada təhlükəli uşaq oyuncaqları və təhlükəsizlik standartlarına cavab verməyən enerji doldurucuları da daxil olmaqla bir sıra qanunsuz məhsullar satışa çıxarılıb.
Qurum bildirib ki, şirkət potensial təhlükəli məhsulların yayılması ilə bağlı risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün effektiv nəzarət sistemi qurmayıb.
Ekspertlər hesab edirlər ki, bu qərar Avropa İttifaqının rəqəmsal platformalar və onlayn ticarət şirkətləri üzərində nəzarəti daha da sərtləşdirdiyini göstərir. Analitiklərin fikrincə, yeni qaydalar xüsusilə Çin mənşəli iri e-ticarət platformalarının Avropa bazarındakı fəaliyyətinə ciddi təsir göstərə bilər.

