Close Menu
    What's Hot

    Unibankın İdarə Heyətinin üzvü İlkin Quliyev: “Bankların ən böyük rəqibi nağd vəsaitdir”

    24 Noyabr 2026

    Alqışlar! Reputasiyanı itirdiniz! Şirkətlər populyarlıq naminə necə risk edir?

    24 Noyabr 2026

    Fərid Osmanov: “Yaxın gələcəkdə «myGov biznes» platformasının ilkin pilot versiyası istifadəyə veriləcək”

    24 Noyabr 2026
    pashabank
    Trending
    • Unibankın İdarə Heyətinin üzvü İlkin Quliyev: “Bankların ən böyük rəqibi nağd vəsaitdir”
    • Alqışlar! Reputasiyanı itirdiniz! Şirkətlər populyarlıq naminə necə risk edir?
    • Fərid Osmanov: “Yaxın gələcəkdə «myGov biznes» platformasının ilkin pilot versiyası istifadəyə veriləcək”
    • Mərkəzi Bank 2027–2030-cu illər üçün rəqəmsal maliyyə proqramı hazırlayır
    • Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”
    • Layihənin görünməyən tərəfi- Toğrul Xəlilov yazır
    • PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
    • Dövlətin gəlir və xərclərinin idarə olunmasında yeniliklər olacaq– Sahil Babayev tapşırıqlar verdi
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Unibankın İdarə Heyətinin üzvü İlkin Quliyev: “Bankların ən böyük rəqibi nağd vəsaitdir”

      24 Noyabr 2026
      Recent

      Unibankın İdarə Heyətinin üzvü İlkin Quliyev: “Bankların ən böyük rəqibi nağd vəsaitdir”

      24 Noyabr 2026

      Mərkəzi Bank 2027–2030-cu illər üçün rəqəmsal maliyyə proqramı hazırlayır

      24 Noyabr 2026

      Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

      23 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

      06 Noyabr 2026

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      Brent markalı neftin qiyməti bir barel üçün 90,94 dollara düşüb

      20 Noyabr 2026

      Neft yenidən ucuzlaşıb

      17 Noyabr 2026

      Goldman Sachs: Qızılın qiyməti 2028-ci ilədək yeni tarixi maksimuma çatacaq

      17 Noyabr 2026

      Azərbaycan nefti ilin əvvəlindən 56% bahalaşıb-İnfoqrafika

      15 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      Brent markalı neftin qiyməti bir barel üçün 90,94 dollara düşüb

      20 Noyabr 2026

      Neft yenidən ucuzlaşıb

      17 Noyabr 2026

      Goldman Sachs: Qızılın qiyməti 2028-ci ilədək yeni tarixi maksimuma çatacaq

      17 Noyabr 2026

      Azərbaycan nefti ilin əvvəlindən 56% bahalaşıb-İnfoqrafika

      15 Noyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Fərid Osmanov: “Yaxın gələcəkdə «myGov biznes» platformasının ilkin pilot versiyası istifadəyə veriləcək”

      24 Noyabr 2026
      Recent

      Fərid Osmanov: “Yaxın gələcəkdə «myGov biznes» platformasının ilkin pilot versiyası istifadəyə veriləcək”

      24 Noyabr 2026

      Dövlətin gəlir və xərclərinin idarə olunmasında yeniliklər olacaq– Sahil Babayev tapşırıqlar verdi

      23 Noyabr 2026

      Azərbaycan elektron hökumətin inkişafına görə dünyada 38-ci yerə yüksəlib- BMT

      20 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Alqışlar! Reputasiyanı itirdiniz! Şirkətlər populyarlıq naminə necə risk edir?
    Bloq yazıları

    Alqışlar! Reputasiyanı itirdiniz! Şirkətlər populyarlıq naminə necə risk edir?

    24 Noyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Şirkəti, onun hansısa layihəsini diqqət mərkəzinə gətirəndə, mediada və sosial şəbəkələrdə viral olanda həmişə sual vermək lazımdır: bu diqqət şirkətinizə nə gətirdi və nəyin bahasına başa gəldi?…

    Müasir kommunikasiya dünyasında şirkətlər görünürlük uğrunda yarışırlar. Bəzən bu yarışda bir məqam unudulur – hamının diqqətini cəlb etmək mümkündür, amma hamının etimadını qazanmaq mümkün deyil. Üstəlik, bir auditoriyanın alqışı digərinin narazılığına çevrilə bilər.

    Şirkətin işi hamının xoşuna gəlmək deyil

    Reputasiya haqqında danışanda tez-tez yanlış təsəvvür yaranır ki, guya yaxşı reputasiyalı şirkət hamı tərəfindən bəyənilməlidir. Bu, nə mümkündür, nə də ki, lazım.

    Şirkətin fəaliyyətinə təsir edən və onun fəaliyyətindən təsirlənən müxtəlif qruplar var: onları paydaş, maraqlı tərəflər adlandırırıq. Bura müştərilər, işçilər, tərəfdaşlar, investorlar, dövlət qurumları və cəmiyyətin əlaqəli qrupları daxildir. Bu qrupların gözləntiləri eyni deyil. Bəzən hətta bir-birinə zidd olur. Deməli, reputasiya hamının razılığını almaq deyil. Şirkətin strateji əhəmiyyət daşıyan auditoriyalar qarşısında etibarlı mövqe formalaşdırmaqdır.

    Alqoritmin sevdiyi, müştərinin sevmədiyi şirkət

    Sosial şəbəkə alqoritmləri diqqət və qarşılıqlı əlaqə yaradan məzmunu önə çıxarır. Mübahisə, təəccüb, qəzəb və istehza da bu qarşılıqlı əlaqəyə daxildir. Buna görə paylaşımın çox yayılması onun müsbət qarşılandığını göstərmir.

    Siqnal nəzəriyyəsinə görə, (“Signaling Theory”) şirkətin hər bir ictimai davranışı onun dəyərləri, münasibəti və kimliyi haqqında auditoriyaya siqnal ötürür. Şirkət bir mesajla məhsulunu tanıtmaq istəyə bilər, amma auditoriya həmin mesajdan əlavə onun insanlara münasibəti barədə əlavə nəticələr çıxara bilər.

    “Almond” reputasiyasının dondurma talehi

    Bir neçə ay əvvəl “Almond Cake & Bakery”nin Taleh Yüzbəyovun iştirakı ilə hazırladığı dondurma reklamı buna nümunə ola bilər. Məhsulun təbiiliyini vurğulamaq üçün estetik prosedur etdirən qadınlar qeyri-təbii qatqıları olan, reklamda “süni” adlandırılan dondurmalarla müqayisə edilmişdi. Sosial şəbəkə istifadəçilərinin bir qismi bunu seksist və alçaldıcı təqdimat kimi qiymətləndirdi. Şirkət tənqidlərdən sonra reklamın yayımını dayandırdı, tam versiyanı səhifəsindən sildi və yaranan narahatlığa görə üzr istədi.

    Amma reklamın müəllifi və iştirakçısı Taleh Yüzbəyov tənqidçilərlə razılaşmadı, öz mövqeyini müdafiə etdi və videonun reklamsız variantını şəxsi səhifəsində yenidən paylaşdı. Beləliklə, şirkətin geri çəkildiyi kommunikasiya mövqeyi reklamın müəllifi tərəfindən davam etdirildi.

    Bu hadisə bir neçə vacib sual doğurur: Şirkət reklamın ideyasını təsdiqləyərkən onun müxtəlif auditoriyalar tərəfindən necə qəbul ediləcəyini nə dərəcədə qiymətləndirmişdi? Öz müştəriləri arasında neçə faiz estetik korreksiya etdirən qadın olduğunu araşdırmışdımı? Reklam müəllifinin şəxsi mövqeyi ilə sifarişçi brendin mövqeyi harada ayrılır? Şirkət üzr istədikdən sonra öz kommunikasiya tərəfdaşının fərqli mövqeyi brendin reputasiyasına necə təsir edir?

    Reklamın viral dalğası ilə satışlar həmin vaxt yüksələ də bilər. Amma böhran sonrası kommunikasiya düzgün qurulmasa həm satış, həm reputasiya dondurma kimi əriyə də bilər.

    Reputasiya səsvermə deyil

    Bəs şirkət mübahisəli mövqe tutmamalıdırmı? Əlbəttə, tuta bilər. Hətta bəzi hallarda fərqli mövqe brendi rəqiblərindən ayırır, konkret auditoriya ilə daha güclü bağ yaradır. Hər tənqid reputasiya itkisi deyil. Bəzən şirkətin prinsipial mövqeyi hamının xoşuna gəlməsə də, onun əsas müştəriləri və tərəfdaşları tərəfindən dəstəklənir. Problem mübahisə yaratmaqda deyil, mübahisənin hansı auditoriya ilə və hansı məqsədlə yaradıldığını bilməməkdədir.

    Şirkət rəhbərliyi hər kampaniyadan əvvəl üç suala cavab verməlidir: 1) Bu mesaj kimə ünvanlanır? 2) Hansı auditoriyanın narazılığı bizim üçün real reputasiya və biznes riski yarada bilər? 3) Diqqət çəkmək naminə hansı dəyərlərimizi riskə atırıq?

    Alqışın da ünvanı var

    Sosial şəbəkədə çox bəyənilmək şirkətin uğuru ola bilər. Amma bu rəğbətin kimlər tərəfindən və hansı səbəbdən təmin olunduğunu bilmədən ona reputasiya qazancı demək olmaz. Rəhbərlik üçün əsas göstərici paylaşımın neçə nəfərə çatması deyil, onun şirkətin strateji maraqlarına uyğun olan auditoriyalarla münasibətinə nə qatmasıdır. Çünki şirkət dondurma deyil ki, hamının xoşuna gəlsin. Amma səhv auditoriyanın alqışını öz uğuru hesab edərsə, doğru auditoriyanın etimadını itirə bilər.

     

    Müəllif: Vüqar Baba – Strateji kommunikasiya eksperti

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Layihənin görünməyən tərəfi- Toğrul Xəlilov yazır

    23 Noyabr 2026

    NVIDIA-nın gəlirləri 103%, xalis mənfəəti 105% artıb – Şirkət 130 milyard dollar gəlir gözləyir

    18 Noyabr 2026

    AZAL Sabiha Gökçen Hava Limanına uçuşları dayandırır

    16 Noyabr 2026

    Mercedes-Benz Almaniyadakı zavodlarını bağlaya bilər – İnvestisiyalar dayandırılır

    13 Noyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.