- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
- Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
- “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”
Author: Aynure Gdp
Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov İslam İnkişaf Bankı (İİB) Qrupunun 20-ci Forumunda çıxış edərək ölkəmizin İslam maliyyəsinin tətbiqi sahəsində apardığı islahatlar, qarşıda duran hədəflər və qlobal əməkdaşlığa açıqlıq barədə ətraflı məlumat verib. Forumda çıxış edən Kazımov vurğulayıb ki, tarixən ticarət və sivilizasiyaların kəsişmə nöqtəsində yerləşən Azərbaycan bu gün də qlobal iqtisadi parçalanma və artan qeyri-müəyyənlik şəraitində adaptiv və inklüziv maliyyə sistemlərinin qurulmasına töhfə verməyə hazırdır. Onun sözlərinə görə, riskin bölüşdürülməsi və etik prinsiplərə əsaslanan İslam maliyyəsi bu baxımdan mühüm praktiki alətlər təklif edir. Mərkəzi Bank sədri ölkədə İslam maliyyəsinin uğurlu tətbiqi üçün iki əsas istiqaməti –…
2026-cı ilin birinci rübünün nəticələrinə görə, ölkənin tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 9,5%-i həcmində, yəni 1,7 milyard dollar məbləğində profisit qeydə alınıb. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib. Direktor qeyd edib ki, hesabat dövründə tədiyyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin dəyişkənliyindən təsirlənib. Cari əməliyyatlar balansında profisitin formalaşmasına əsasən xarici ticarət balansı, təkrar gəlirlər balansı və ilkin gəlirlər balansı təkan verib. Bu dövrdə mənfi saldo yalnız xidmətlər balansında müşahidə olunub. Xarici ticarət balansı 2 milyard dollarlıq profisitlə yekunlaşıb. Bu…
“Bakcell” süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət iyunun 13-də Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı qismində çıxış edib. Qafqaz və Mərkəzi Asiya IB Dünya Məktəbləri Assosiasiyasının (CCAAIBWS) təşəbbüsü ilə təşkil olunan sammit təhsil sahəsinin nümayəndələrini, məktəb rəhbərlərini, tələbələri, texnologiya mütəxəssislərini və innovasiya ekosisteminin iştirakçılarını bir araya gətirib. Tədbirin əsas məqsədi təhsil sahəsində süni intellektin yaratdığı imkanları müzakirə etmək, innovativ yanaşmaları təşviq etmək və təhsil ilə texnologiya arasında əməkdaşlığı gücləndirmək olub. Sammit çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə çıxışlar, panel müzakirələri və interaktiv sessiyalar təşkil olunub. Tədbir…
“Büdcə sistemi haqqında” qanun” daha çox dövlət büdcəsi ilə bağlı ümumi prosedurları müəyyən edir, Ümumən dövlət sektorunun maliyyəsi və onun idarə edilməsi təfəkkürünü özündə tam ifadə etmir. GDP xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında – “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “Hesab edirik ki, dövlət sektorunun aktiv və öhdəliklərinin konsolidə edilmiş hesabatlılığı, vergi stimullarının təhlili və onların büdcəyə təsiri, iqtisadiyyatın sahələrinin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi ilə bağlı məlumatların qanunda təsbit edilməsi, bəzilərinin büdcə sənədləşməsinə daxil edilməsi faydalı ola bilər”, – deyə o qeyd edib.…
Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Xəzinədarlıq Departamentinin nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı bank nəzarəti, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə sektorunda risklərin idarə edilməsi, korporativ idarəetmə və tənzimləyici çərçivənin təkmilləşdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin Mərkəzi Bank ilə ABŞ Xəzinədarlıq Departamenti arasında əməkdaşlıq perspektivlərini və qeyd olunan istiqamətlərdə texniki yardım layihələrinin həyata keçirilməsi imkanlarını da nəzərdən keçiriblər.
Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən “TuranBank ASC” beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində “Global Gender-Smart Fund S.A., SICAV” (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Cəlb olunan vəsait regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Maliyyə xətti çərçivəsində xüsusilə qadınların rəhbərlik etdiyi və ya onlara məxsus bizneslərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu isə qadın sahibkarların biznes fəaliyyətinin inkişafına, yeni iş yerlərinin yaradılmasına…
İranın “Fars” agentliyi İranın rəsmi “Fars” xəbər agentliyi gələcək hərbi əməliyyatlarda istifadə oluna biləcək yenilənmiş hədəf siyahısını dərc edib. “GDP Media”xəbər verir ki, Agentliyin yaydığı məlumata görə, siyahıya tanınmış amerikalı milyarder, Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Maskın Qərbi Asiyadakı bütün iqtisadi aktivləri da daxil edilib. Bildirilir ki, həmin aktivlər regionun bir neçə ərəb ölkəsində yerləşir. Siyahının hazırlanmasında Maskın Qərbi Asiyadakı iqtisadi maraqlarının xüsusi rol oynadığı vurğulanır. “Fars” agentliyi siyahını “yenilənmiş” olaraq təqdim etsə də, hansı konkret hərbi əməliyyatlardan söhbət getdiyi və siyahıya digər hədəflərin də əlavə edilib-edilmədiyi barədə ətraflı məlumat verilməyib. Bu addım Tehranın regionda artan geosiyasi gərginlik fonunda iqtisadi…
Sərfəli xidmətləri ilə tanınan “Nar” abunəçiləri artıq eSIM texnologiyası vasitəsilə “Asan İmza” rəqəmsal imza xidmətindən istifadə edə bilərlər. İstifadəçilər xidmətlə bağlı bütün vacib məlumatları “Nar+” mobil tətbiqi vasitəsilə operativ şəkildə izləyə, eyni zamanda fiziki SIM kartdan eSIM formatına asanlıqla keçərək 2500-dən çox elektron xidmətə təhlükəsiz və rahat çıxış əldə edə bilərlər. eSIM üzərindən təqdim olunan bu xidmət yüksək təhlükəsizlik standartlarını qoruyaraq fiziki SIM kartın itirilməsi və ya oğurlanması riskini aradan qaldırır, eyni zamanda plastik kartlardan istifadəyə ehtiyacı azaltmaqla istifadəçilərə bir cihazda bir neçə nömrəni aktivləşdirmək imkanı yaradır. Qeyd edək ki, bu xidmət fiziki və hüquqi şəxslər üçün 3 il müddətinə təqdim olunur. Aktivləşdirmə “Nar”…
Ələt Azad Zonası yerli bazar deyil, ixrac mərkəzi kimi inkişaf etdirilir. Bunu Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov “Dayanıqlılıq və enerji transformasiyası” mövzusunda Bakıda keçirilən “Technovation” Forumunda bildirib “Biz istənilən investorla potensial layihələrin müzakirəsinə açığıq, lakin biz Ələt Azad İqtisadi Zonasında daha çox yüksək əlavə dəyər yaradan və ixrac yönümlü istehsalla məşğul olan müəssisələrin fəaliyyətini üstün tuturuq. İxrac yönümlü istehsal o deməkdir ki, istehsal olunan malların ən azı 75 %-i ölkədən ixrac edilməlidir. Bunun əsas səbəblərindən biri, yerli bazara yönəlmiş kiçik və orta sahibkarlıq subyektlərinin həmin zonada formalaşmasının qarşısını almaq və Ələt Azad İqtisadi Zonasında…
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə koordinasiyanın təmin edilməsi məqsədilə yaradılmış Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (FinCERT) beynəlxalq səviyyədə tanınmış “Forum of Incident Response and Security Teams” (FIRST) təşkilatına üzv qəbul edilib. GDP xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, FinCERT üzvlük üçün müəyyən edilmiş bütün tələbləri uğurla yerinə yetirərək dünyanın aparıcı kibertəhlükəsizlik insidentlərinə cavab komandalarını birləşdirən beynəlxalq təşkilatın üzvü statusunu əldə edib.Qeyd olunub ki, FIRST dövlət, kommersiya və akademik sektorlarda fəaliyyət göstərən kompüter təhlükəsizliyi insidentlərinə cavab qruplarını bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. FinCERT-in təşkilata üzvlüyü maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində beynəlxalq…
