Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Xəzinədarlıq Departamentinin nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı bank nəzarəti, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə sektorunda risklərin idarə edilməsi, korporativ idarəetmə və tənzimləyici çərçivənin təkmilləşdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin Mərkəzi Bank ilə ABŞ Xəzinədarlıq Departamenti arasında əməkdaşlıq perspektivlərini və qeyd olunan istiqamətlərdə texniki yardım layihələrinin həyata keçirilməsi imkanlarını da nəzərdən keçiriblər.

