Author: Aynure Gdp

Donald Tramp bildirib ki, Amerika Birləşmiş Ştatları Panama Kanalının yenidən öz nəzarətinə qaytarılmasını tələb edə bilər. O, kanalın istifadəsi üçün yüksək tarifləri tənqid edib və 1999-cu ildə idarəetmənin təhvil verilməsinin ABŞ-ın digər ölkələrə güzəşt deyil, “əməkdaşlıq jesti” olduğunu vurğulayıb. Truth Social sosial şəbəkəsindəki paylaşımında Donald Tramp qeyd edib ki, Panama Kanalı ABŞ-ın iqtisadi sabitliyini və təhlükəsizliyini təmin edən strateji əhəmiyyətli aktivdir. Kanal vasitəsilə daşınan ümumi yüklərin təxminən dörddə üçü ABŞ-a aiddir. “Əgər kanalın Panamaya təhvil verilməsinin əsasını təşkil edən mənəvi və hüquqi prinsiplərə əməl olunmasa, biz onun tamamilə geri qaytarılmasında israr edəcəyik”, – Tramp bildirib. Kanal ABŞ tərəfindən inşa edilərək…

Read More

ABŞ Səhmləri: Federal Ehtiyat Sisteminin Ehtiyatlı Şərhləri Fonunda Zərərlər ABŞ-da səhmlər bu həftə kəskin şəkildə aşağı düşdü, lakin cümə günü baş verən son yüksəliş əsas indekslərdəki itkiləri bir qədər azaltdı. FED qərarları həftə ərzində investorların əhval-ruhiyyəsini əsasən müəyyənləşdirdi. Gözlənildiyi kimi, FED faiz dərəcəsini 0,25 faiz azaltdı və sentyabr ayından bəri ümumi azalma 1 faiza çatdı. Bununla belə, elan edilən qərardan sonra verilən açıqlamalar mənfi reaksiyaya səbəb oldu. FED sədri 2025-ci il üçün əsas inflyasiya proqnozlarının 2,2%-dən 2,5%-ə yüksəldiyini açıqlayaraq faiz azalmalarının daha yavaş tempdə davam edəcəyini işarə etdi. Əvvəlki proqnozda gözlənilən 4 faiz azaldılmasının əvəzinə, 2025-ci ildə yalnız 2 azalma gözlənilir.…

Read More

İran öz əskinaslarından dörd sıfırı çıxaracaq, və İran rialı İran tüməni adlandırılacaq, GDP xəbər verir ki, Mehr agentliyinin verdiyi xəbərdə bu barədə məlumat yayımlayıb. İran rialı çox ucuz valyutadır — bir dollar 770 min rialdan çox məbləğində qiymətləndirilir. 4 sıfırın ləğvi hesablamaların aparılmasını asanlaşdırmalıdır.

Read More

Obama dövründə mədənçiliyə yanaşma ekoloji məhdudiyyətlərə uyğun olaraq daha mühafizəkar idi. Tramp dövründə isə bu siyasət əks istiqamətə yönələrək daha aqressiv enerji hasilatına keçid edildi. Bayden dövründə isə yenidən ekoloji prioritetlər ön planda saxlanıldı və torpaq icarəsi minimum səviyyəyə endirildi. Obama, Tramp və Bayden administrasiyaları dövründə neft və qaz sektoruna torpaq icarəsi siyasəti, hər bir administrasiyanın prioritetlərini əks etdirir. Obama dövrü ekoloji balansı qorumağa çalışdı, Tramp dövrü iqtisadi üstünlüyə yönəldi, Bayden isə təmiz enerji keçidinə üstünlük verdi. Bu fərqli yanaşmalar ABŞ-ın qlobal enerji bazarındakı mövqeyinə və daxili iqtisadiyyatına uzunmüddətli təsirlər göstərəcək.

Read More

OPEC+ koalisiyası, Donald Trump-ın prezidentliyi dövründə ABŞ-da neft hasilatının yenidən artmasından narahatdır, GDP xəbər verir ki, bu barədə Reuters-in mənbələri bildirir. OPEC+-dəki bir mənbə bildirib ki, Trump-ın siyasəti neftə tələbi dəstəkləyə bilər ki, bu da alyans üçün faydalı olacaq. Lakin ABŞ-da neft hasilatının artması perspektivi narahatlıq doğurur. ABŞ-da hasilatın daha da artması, OPEC+-ın 2025-ci ilin aprelindən istehsalı genişləndirmək planlarını təhlükə altına qoya bilər. Qiymətlərin azalması isə neftdən gəlir asılılığı olan OPEC+ ölkələrinə zərər verəcək. “Neft və Kapital” (NİK) xatırladır ki, OPEC son hesabatında ABŞ-dan ümumi təchizatın 2025-ci ildə 2,3% artacağını proqnozlaşdırıb və bu ölkənin neft bazarında böyük pay əldə edəcəyini…

Read More

X platformasında (əvvəlki Twitter) böyük bir qalmaqal baş qaldırıb. Jurnalistlər Biden administrasiyasının Reuters-ə 300 milyon dollarlıq maliyyə dəstəyi verdiyini ortaya çıxarıblar. GDP xəbər verir ki,məlumatlara görə, bu vəsaitlər federal agentliklər vasitəsilə yönləndirilib və Elon Musk-ı diskreditasiya etməyə hədəflənib. Reuters-ə qarşı ittihamlara görə, il ərzində bir sıra saxta məlumatlar yayılıb, o cümlədən Kamala Harris-in Donald Trump-ı sorğularda qabaqladığı iddiaları, Musk-ı nüfuzdan salma cəhdləri və onun şirkətləri haqqında yalan xəbərlərin dərc olunması. Yeni ABŞ administrasiyası indi bu sxemi araşdırmağa hazırlaşır. “Qərəzsiz jurnalistika”nın mövcud vəziyyəti qısaca belədir.

Read More

Berkshire, Occidental Petroleum-un əlavə səhmlərini 405 milyon dollara satın alıb. GDP xəbər verir ki, Amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti Berkshire Hathaway Inc. şist yataqlarında neft və qaz hasilatı ilə məşğul olan Occidental Petroleum-un əlavə səhmlərini təxminən 405 milyon dollara alıb. Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə əsasən, son üç gün ərzində Berkshire Occidental səhmlərinin 8,9 milyon səhmini satın alaraq, sahibliyini 264,2 milyon səhmə çatdırıb. Beləliklə, Berkshire təxminən 12 milyard dollar dəyərində Occidental səhmlərinin 28%-dən çoxuna sahibdir. Market Watch qeyd edir ki, Occidental qiymətli kağızlarının qiyməti bu ilin əvvəlindən 24% azalıb; Berkshire iyun ayından bəri şirkətdəki payını…

Read More

ABB və “Azerbaijan Airlines” (AZAL) birgə layihəsi olan “ABB-AZAL Miles” kobrend kartını istifadəyə veriblər. GDP xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sosial şəbəkə hesabında məlumat paylaşıb. Yeni kart sahiblərinə gündəlik alış-verişlərdən millər toplamaq və bu milləri səyahətlərə çevirmək imkanı yaradır. Layihə vətəndaşlar üçün səyahət imkanlarını daha əlçatan və rahat etməyi hədəfləyir. Abbas İbrahimov qeyd edib ki, layihə bir neçə ay ərzində hazırlanıb və bankın komandası üçün hər yeni məhsulun yaradılması böyük motivasiya mənbəyidir. O, layihənin hazırlanmasında əməyi keçən həmkarlarına və tərəfdaşlarına təşəkkürünü bildirib.

Read More