Author: Aynure Gdp

2024-cü ilin ilk 9 ayı ərzində cari əməliyyatlar balansında 4.0 milyard ABŞ dolları məbləğində profisit qeydə alınıb. GDP Mərkəzi Bankın yayımladığı “2024-cü ilin 9 ayı üzrə Tədiyə Balansı”na istinadən xəbər verir ki, Azərbaycanın tədiyə balansında müxtəlif xarici mühit faktorlarının təsiri müşahidə olunub. Bununla yanaşı, kapital və maliyyənin hərəkəti balansında, əsasən maliyyə öhdəliklərinin azalması ilə əlaqədar, 3.6 milyard ABŞ dolları həcmində kəsir yaranmışdır. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 200 milyon ABŞ dolları artıb. Hesabat dövründə xam neftin orta qiyməti isə 86 ABŞ dolları/barel olub ki, bu da iqtisadi sabitliyə müsbət təsir göstərib.

Read More

Bakı Fond Birjası QSC-nin Müşahidə Şurasının sədri Fərid Axundov, 2007-ci ildən PAŞA Bank-ın ilk baş direktoru kimi fəaliyyətə başladıqdan sonra, 17 illik müvəffəqiyyətli bir yolun ardınca, 01.01.2025-ci ildən etibarən bankın Müşahidə Şurasından ayrılacağını açıqlayıb. GDP xəbər verir ki, Axundov bildirib: “Bu illər mənim üçün həm böyümə, həm öyrənmə, həm də böyük qürur mənbəyi olub. PAŞA Bank-ın Azərbaycanda aparıcı maliyyə institutu kimi yüksəlməsinə şahid olmaq mənə çox böyük fəxarət hissi yaşadıb. Həm bank sahəsindəki peşəkar fəaliyyətim, həm də bu möhtəşəm ölkənin vətəndaşı olaraq əldə etdiyim nailiyyətlərdən qürur duyuram.” Gələcəyə nəzər yetirərək, Fərid Axundov Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri kimi…

Read More

Niderland İnkişaf Bankı (FMO) Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq çərçivəsində Azərbaycana 23 milyon ABŞ dolları həcmində uzunmüddətli kredit ayırıb. GDp xəbər verir ki, bu maliyyələşmə 2024-cü ildə ölkəyə cəlb edilən ikinci iri həcmli xarici investisiya hesab olunur. FMO ilə “Araz” supermarketlər şəbəkəsi arasında imzalanan müqavilə əsasında həyata keçirilən layihə, bankın Azərbaycanda ilk dəstəklədiyi aqrobiznes layihəsi kimi qiymətləndirilir. Layihənin əsas hədəfləri arasında yeni logistika anbar kompleksinin inşası, infrastrukturun genişləndirilməsi və müştəri xidmətinin keyfiyyətinin artırılması durur. Maliyyə dəstəyi Azərbaycanın pərakəndə ticarət və aqrobiznesi üçün əhəmiyyətli perspektivlər açır. Layihə vasitəsilə regionlarda fermerlər üçün yeni imkanlar yaradılacaq, kiçik və orta ölçülü fermerlərin bazara çıxışı…

Read More

Mərkəzi Avrasiya Liderlik İttifaqına (CELA) 2025-2027-ci illər üçün yeni rəhbər seçilib. . GDP xəbər verir ki, təşkilatın Azərbaycan əsilli üzvü Anar Hüseynov 1 Yanvar 2025-ci il tarixindən etibarən CELA Prezidenti vəzifəsini icra edəcək. Beynəlxalq təcrübəli mütəxəsssis olan Hüseynov, hazırda NEQSOL Holdinqdə İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəridir. Onun 20 illik marketinq, korporativ kommunikasiya və biznes inkişafı sahəsindəki peşəkar təcrübəsi var. Akademik təhsil baxımından Maastricht İdarəetmə Məktəbi və ADA Universitetində MBA dərəcəsi alan Heydərov, Nobel Energy, PAŞA Bank və Bank Respublika kimi aparıcı qurumlarda iş təcrübəsi əldə edib. CELA Prezidenti seçilən Hüseynov, təşkilatın beynəlxalq əlaqələrinin genişləndirilməsi və regional liderlik proqramlarının möhkəmləndirilməsi istiqamətində konkret…

Read More

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Sərəncamda dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Neft Şirkəti səhmlərinin 49 faizi dövlətə, 51 faizi isə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Layihələrin səmərəli idarə olunmasını təmin etməlidir. Cəmiyyətin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin nizamnamə kapitalının 2 faizini təşkil edən hissəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, SOCAR-ın nizamnamə kapitalına ötürüləcək. İndiyə qədər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Nizamnamə kapitalı…

Read More

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 6 dekabr 2024-cü il tarixli ümumi yığıncağında Müşahidə Şurasının tərkibinə mühüm dəyişiklik edilib. GDP xəbər verir ki, PAŞA Bank ASC-nin Maliyyə İnstitutları və Xidmət Sənayesi Departamentinin Rəhbəri Zahid Əfəndiyev Assosiasiyanın Müşahidə Şurasına üzv seçilib. PAŞA Bank 2013-cü ildən bəri AMFA-nın üzvüdür və mikromaliyyə sektorunun inkişafına yerli inkişaf investoru kimi əhəmiyyətli töhfələr verir. Bank həmçinin Assosiasiya tərəfindən həyata keçirilən təşəbbüslərə və sektordakı qabaqcıl təcrübələrin təşviqinə dəstək göstərir.

Read More

Nyu-York əmtəə birjasında ərəb qəhvəsinin fyuçersləri 1972-ci ildən bəri ən yüksək səviyyəyə çataraq qlobal ərzaq bazarında ciddi narahatlıqlara səbəb olub. GDP xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, bu böhran istehlakçılar üçün əhəmiyyətli qiymət artımına gətirib çıxara bilər. Təhlillər göstərir ki, ərəb qəhvəsinin fyuçersləri bu il təxminən 80% artıb. Bunun əsas səbəbləri Braziliyada şiddətli quraqlıq və Vyetnamda məhsul itkisidir. Hazırda bir funt qəhvənin qiyməti 3,434 dollara çatıb ki, bu da son 50 ilin ən yüksək göstəricisidir. Ekspertlərin proqnozuna görə, 2025-2026-cı mövsümdə dünya qəhvə istehsalı tələbdən 8,5 milyon kisə geri qalacaq. Braziliya, dünyanın ən iri qəhvə istehsalçısı kimi, növbəti mövsümdə yalnız…

Read More

Azərbaycan Respublikasının Mərkəzi Bankının Fintech İnnovasiyalar Departamentinin rəhbəri Sahib Həsənov, Sadbox-a müraciət edən şirkətlər üçün biznes plan və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması ilə bağlı yeni addımlar atıldığını açıqlayıb. Onun sözlərinə görə, ilk müraciətlərin qəbul dövründə bir çox təşkilatlar biznes planının təqdim edilməsində çətinliklərlə üzləşib. GDP -nin məlumatına görə, Həsənov qeyd edib ki, çətinliklər əsasən qaydalarla tanış olmamaq, müvafiq mütəxəssis olmaması və innovativ məsul şəxslərin hazırlıq səviyyəsinin aşağı olması ilə bağlıdır. Bu problemlərin qarşısını almaq üçün Mərkəzi Bank yeni bir biznes planı şablonu hazırlayıb və yaxın günlərdə bu şablon sandbox.cbar.az saytında yayımlanacaq. Yeni şablonda biznes planda yer almalı bölmələr və onların…

Read More

“ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2024-cü ilin yanvar-noyabr aylarında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 21 milyon 301,7 min manat olub. GDP Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu 2024-cü ilin yanvar-oktyabr aylarında qaytarılan 19 milyon 252 min manatla müqayisədə 2 milyon 49,7 min manat və ya 10,7% artıb

Read More

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınan mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 160 milyon 277,7 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb. GDP xəbər verir ki,bu göstərici, 2024-cü ilin yanvar-oktyabr aylarında ödənilmiş ƏDV-nin 145 milyon 803 min manat ilə müqayisədə 14 milyon 474,7 min manat və ya, təxminən 9,9% artıb.

Read More