Avropa Komissiyası Almaniya və Türkiyəyə dönərin resepti ilə bağlı mübahisəni həll etmək üçün 6 ay vaxt verib.
GDP xəbər verir ki, əks halda bu məsələ ilə Brüssel özü məşğul olacaq. Türkiyə iki il əvvəl Avrupa İttifaqı (Aİ) ilə əlaqə saxlayıb. Ankara xörəyin türk qaydalarına uyğun, yəni müəyyən növ ətlə (toyuq, mal və quzu ətinə icazə verilir, dana və hinduşka ətinə icazə verilmir) hazırlanmasını istəyir, hansı ki, marinadlanaraq, müəyyən qaydada doğransın.
Türkiyədən gələn mühacirlər sayəsində dönərin məşhurlaşdığı Almaniya buna qarşı çıxıb. Alman versiyasında yemək pide çörəyindən çox pide çörəyində, kələm və ya salat ilə verilir və sarımsaq kimi souslarla doldurulur. Ankara iddiasını geri götürməsə, Avropada dönər başqa adla satılmalı olacaq. Onun satışları ildə 3,5 milyard avro gəlir gətirir ki, bunun da 2,3 milyardı Almaniyadadır.