Avropa Komissiyası Belçikanın Euroclear depozitarına Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən birbaşa istifadə etməyə icazə verməyi nəzərdən keçirir. GDP xəbər verir ki, bu addım depozitarı Moskvanın potensial cavab tədbirlərindən qorumaq məqsədi daşıyır.
GDP xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Avropa rəsmiləri bu variantı Rusiyaya qarşı sanksiyalara riayət etməklə bağlı Euroclear-in zərərlərini kompensasiya etmək üçün “son çarə” kimi qiymətləndirir. Hazırda depozitar Rusiya məhkəmələrində sanksiya altına düşmüş şəxslərin kompensasiya tələb edən iddialarıyla üzləşir.
Rusiya məhkəmələri vəsaitlərin qaytarılmasını birbaşa məcbur edə bilməsə də, Qərb təşkilatlarına məxsus olan və öz növbəsində depozitara qarşı iddia qaldıra biləcək Euroclear-in Rusiya banklarındakı hesablarına təsir göstərə bilər.
Bundan əlavə, dondurulmuş aktivlərin birbaşa istifadəsi Euroclear-in ehtiyatlarına təzyiqi azaldacaq və səhmdarlarını sakitləşdirəcək.
İdeyanın əleyhdarları hesab edirlər ki, bu addım G7 kreditinin təqdim etməsinə mənfi təsir göstərə bilər, çünki bu çıxarışlar ödəniş üçün nəzərdə tutulan vəsaitləri azaldacaq.
Lakin Politico yazır ki, Avropa Komissiyasının planının həyata keçirilməsi üçün bütün 27 Avropa İttifaqı üzv dövlətinin yekdil razılığı tələb olunur və bu səbəbdən tezliklə qərar qəbul edilməsi ehtimalı azdır.