Avropa İttifaqının(Aİ) əsas siyasi qüvvələrinin müzakirəçiləri Avropa seçkilərindən sonra yüksək postların bölüşdürülməsinə dair saziş imzalayıblar.
GDP xəbər verir ki, əsas mərkəzçi partiyalar üçün danışıqlar aparan altı Aİ ölkəsinin liderləri Avropa seçkilərindən sonra yüksək postların bölüşdürülməsi ilə bağlı ilkin razılığa gəliblər.
Bu barədə KİV məlumatlı mənbələrə istinadən məlumat yayıb. Razılaşmaya əsasən, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ikinci müddətə vəzifəsində qalacaq.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi postu Estoniyanın hazırkı baş naziri Kaja Kallasa keçəcək.