Azərbaycanda 2026-cı il üzrə inflyasiya proqnozu yüksəldilib.
Azərbaycanda 2026-cı il üzrə orta illik inflyasiya proqnozu 4,8%-dən 5,7%-ə qaldırılıb.
Maliyyə Nazirliyinin məlumatına görə, proqnozun yenilənməsində cari dövrdə faktiki inflyasiya, dünya əmtəə və ərzaq qiymətləri, bunların idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərində dəyişikliklər nəzərə alınıb

