Ölkəmizdə əhali seqmenti üzrə kreditə meyililik səviyyəsi yüksəkdir. Buna baxmayraq kreditlərin sığortalanması göstəricilərinə nəzər yetirdikdə kreditini sığortalayan vətəndaşların sayının, kredit götürən vətəndaşlara nisbətdə çox az olması qənaətinə gəlmək olar.
GDP Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024cü ilin yanvar-aprel ayları ərzində kreditlərin sığortası üzrə 1 milyon 489,8 min manat sığorta haqqı toplanıb.
Bu da ötən ilin yanvar-mart aylarının kreditlərin sığortalanması göstəricisi ilə müqaisədə 823.5 min manat və ya 55.2% çoxdur.
GDP ötən il kreditlərin sığortalanması üzrə toplanan sığorta haqlarının məbləğ ifadəsində rüblər üzrə dinamikasını təqdim edir.
Cari ildə də kreditlərin sığortası göstəriciləri isə aşağıdakı kimi olub.
Müəllif: Aynur Qəniyeva