Cari ilin yanvar–avqust aylarında ümumi sığorta haqlarında artım, sığorta ödənişlərində isə daha yüksək artım tempinin formalaşdığı müşahidə edilir. Dövr ərzində illik müqaisədə bazarın ayrı-ayrı sığorta sinifləri üzrə dinamikası fərqli olmuş, bəzi istiqamətlərdə nəzərəçarpacaq artım, digərlərində isə əhəmiyyətli azalma qeydə alınmışdır.
Ümumilikdə, 2025-ci ilin yanvar–avqust aylarında 1 048 074,38 min manat olan sığorta haqlarının həcmi 2026-cı ilin müvafiq dövründə 1 115 394,57 min manata yüksəlmişdir. Beləliklə, ümumi sığorta haqları 67 320,18 min manat və ya 6,42% artmışdır. Eyni zamanda, sığorta ödənişləri 603 414,10 min manatdan 773 153,22 min manata çatmış, nəticədə 169 739,12 min manat və ya 28,13% artım qeydə alınmışdır. Bu göstəricilər sığorta haqlarının artması ilə yanaşı, ödənişlərin daha yüksək templə çoxaldığını göstərir.
Könüllü sığorta növlərinə maraq artıb
Könüllü sığortalar üzrə ümumi sığorta haqları 2025-ci ilin yanvar–avqust aylarında 798 213,28 min manat olduğu halda, 2026-cı ilin eyni dövründə 901 902,75 min manata yüksəlmişdir. Artım 103 689,47 min manat və ya 12,99% təşkil etmişdir. Könüllü sığorta növləri üzrə ödənişlər isə 510 739,41 min manatdan 662 490,98 min manata çataraq 151 751,57 min manat və ya 29,71% artmışdır.
Könüllü həyat sığortası üzrə daxilolmalar 526 765,93 min manatdan 597 276,44 min manata yüksəlmiş, 70 510,51 min manat və ya 13,39% artmışdır. Bu istiqamət üzrə ödənişlər daha sürətlə artaraq 423 585,74 min manatdan 565 569,89 min manata çatmışdır. Başqa sözlə, ödənişlər 141 984,14 min manat və ya 33,52% artmışdır.
Həyat sığortasının əsas hissəsini təşkil edən həyatın yaşam sığortası üzrə haqlar 498 528,37 min manatdan 559 511,99 min manata yüksəlmişdir. Artım 60 983,62 min manat və ya 12,23% olmuşdur. Bu sığorta növü üzrə ödənişlər 419 914,25 min manatdan 561 646,61 min manata çatmış, 141 732,36 min manat və ya 33,75% artmışdır.
Həyatın ölüm halından sığortası üzrə haqlar 22 222,01 min manatdan 28 465,40 min manata yüksələrək 6 243,39 min manat və ya 28,10% artmışdır. Ödənişlər də 2 284,52 min manatdan 2 575,88 min manata yüksəlmiş, 291,35 min manat və ya 12,75% artım qeydə alınmışdır.
Əmək qabiliyyətinin sığortası üzrə isə azalma müşahidə edilmişdir. Sığorta haqları 2 738,03 min manatdan 2 092,45 min manata enmiş, 645,58 min manat və ya 23,58% azalmışdır. Ödənişlərdə daha kəskin azalma baş vermiş, göstərici 266,62 min manatdan 77,61 min manata düşmüşdür. Beləliklə, ödənişlər 189,01 min manat və ya 70,89% azalmışdır.
Sağalmaz xəstəliklərdən sığorta üzrə isə əhəmiyyətli artım qeydə alınmışdır. Haqlar 3 277,51 min manatdan 7 206,60 min manata çataraq 3 929,08 min manat və ya 119,88% artmışdır. Ödənişlər 1 120,35 min manatdan 1 269,79 min manata yüksəlmiş, artım 149,44 min manat və ya 13,34% təşkil etmişdir.
Könüllü qeyri-həyat sığortası üzrə toplanan haqqlar 12%-dən çox artıb
Könüllü qeyri-həyat sığortası üzrə haqlar 271 447,35 min manatdan 304 626,31 min manata yüksəlmişdir. Artım 33 178,96 min manat və ya 12,22% təşkil etmişdir. Ödənişlər 87 153,67 min manatdan 96 921,10 min manata çataraq 9 767,43 min manat və ya 11,21% artmışdır.
Şəxsi sığortalar üzrə ümumi haqlar 110 155,98 min manatdan 108 047,88 min manata enərək 2 108,10 min manat və ya 1,91% azalmışdır. Bunun əksinə, ödənişlər 59 553,17 min manatdan 64 757,70 min manata yüksəlmiş, 5 204,53 min manat və ya 8,74% artmışdır.
Şəxsi sığortaların əsas istiqamətlərindən olan tibbi sığorta üzrə haqlar 101 368,24 min manatdan 96 115,32 min manata enmişdir. Azalma 5 252,91 min manat və ya 5,18% təşkil etmişdir. Ödənişlər isə 58 846,86 min manatdan 63 639,19 min manata yüksələrək 4 792,32 min manat və ya 8,14% artmışdır.
Xaricə səfər edən vətəndaşların sığortası üzrə haqlar 4 462,38 min manatdan 6 870,08 min manata çatmış, 2 407,69 min manat və ya 53,96% artmışdır. Ödənişlər 399,32 min manatdan 712,45 min manata yüksələrək 313,13 min manat və ya 78,41% artmışdır. Fərdi qəza və xəstəlik sığortası üzrə haqlar da 4 325,36 min manatdan 5 062,48 min manata yüksəlmiş, 737,12 min manat və ya 17,04% artmışdır. Bu sahədə ödənişlər 306,98 min manatdan 406,06 min manata çatmış, 99,08 min manat və ya 32,28% artım qeydə alınmışdır.
Əmlak sığortası üzrə ödənişlər 17%-ə qədər artıb
Əmlak sığortası üzrə ümumi haqlar 161 291,38 min manatdan 196 578,43 min manata yüksəlmişdir. Artım 35 287,06 min manat və ya 21,88% təşkil etmişdir. Ödənişlər isə 27 600,50 min manatdan 32 163,40 min manata çataraq 4 562,90 min manat və ya 16,53% artmışdır.
Əmlakın sığortası üzrə haqlar 137 758,40 min manatdan 170 502,36 min manata yüksəlmiş, 32 743,96 min manat və ya 23,77% artmışdır. Ödənişlər 27 476,23 min manatdan 31 965,44 min manata çatmış və 4 489,21 min manat və ya 16,34% artmışdır.
Hava nəqliyyatı vasitələrinin sığortası üzrə haqlar 14 159,24 min manatdan 18 696,71 min manata yüksəlmiş, 4 537,47 min manat və ya 32,05% artmışdır. 2025-ci ilin müvafiq dövründə bu sahədə ödəniş qeydə alınmadığı halda, 2026-cı ildə 586,65 min manat ödəniş həyata keçirilmişdir. Buna görə ödənişlər üzrə faiz dəyişməsinin ənənəvi qaydada hesablanması mümkün deyil.
Əmlakın yanğından və digər risklərdən sığortası üzrə haqlar 54 644,75 min manatdan 72 530,90 min manata yüksəlmiş, 17 886,15 min manat və ya 32,73% artmışdır. Ödənişlər 1 815,78 min manatdan 2 833,42 min manata çatmış, 1 017,64 min manat və ya 56,04% artmışdır.
Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə haqlar 46 622,02 min manatdan 47 387,49 min manata yüksələrək 765,46 min manat və ya 1,64% artmışdır. Ödənişlər isə daha yüksək templə artaraq 20 283,08 min manatdan 25 488,35 min manata çatmışdır. Artım 5 205,27 min manat və ya 25,66% təşkil etmişdir.
Yüklərin nəqliyyat sığortası üzrə haqlar 4 431,78 min manatdan 4 823,21 min manata yüksəlmiş, 391,43 min manat və ya 8,83% artmışdır. Ödənişlər 386,39 min manatdan 589,29 min manata çataraq 202,90 min manat və ya 52,51% artmışdır.
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə haqlar 3 499,25 min manatdan 6 711,10 min manata yüksəlmiş, 3 211,85 min manat və ya 91,79% artmışdır. Ödənişlərdə isə daha kəskin artım baş vermişdir: 388,25 min manatdan 1 373,91 min manata yüksələn ödənişlər 985,65 min manat və ya 253,87% artmışdır.
Su nəqliyyat vasitələrinin sığortası üzrə haqlar 2 072,80 min manatdan 6 216,23 min manata yüksələrək 4 143,43 min manat və ya 199,90% artmışdır. Hər iki dövrdə bu sığorta növü üzrə ödəniş qeydə alınmamışdır.
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə haqlar 47,62 min manatdan 1 315,11 min manata yüksəlmişdir. Mütləq artım 1 267,49 min manat, faiz ifadəsində isə 2 661,82% təşkil etmişdir. 2025-ci ildə ödəniş olmadığı halda, 2026-cı ildə 702,05 min manat ödəniş qeydə alınmışdır. Başlanğıc göstərici sıfır olduğuna görə ödənişlərin faizlə artımını hesablamaq mümkün deyil.
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə haqlar 12 152,88 min manatdan 12 714,19 min manata yüksəlmiş, 561,32 min manat və ya 4,62% artmışdır. Bununla yanaşı, ödənişlər 4 602,73 min manatdan 391,78 min manata enmiş, 4 210,95 min manat və ya 91,49% azalmışdır.
Əmlak sığortası ilə bağlı digər siniflər üzrə haqlar 128,06 min manatdan 107,41 min manata enmiş, 20,65 min manat və ya 16,12% azalmışdır. Bu kateqoriyada hər iki ildə ödəniş qeydə alınmamışdır. O cümlədən işçilərin dələduzluğu sığortası üzrə haqlar 85,56 min manatdan 67,04 min manata enərək 18,52 min manat və ya 21,65% azalmış, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta üzrə haqlar isə 42,50 min manatdan 40,38 min manata düşərək 2,13 min manat və ya 5,00% azalmışdır. Hər iki sığorta sinfi üzrə ödənişlər sıfır səviyyəsində qalmışdır.
Mülki məsuliyyət sığortası üzrə ödənilərdə rekord artım qeydə alınıb
Mülki məsuliyyətin sığortası üzrə ümumi haqlar 20 180,92 min manatdan 22 332,86 min manata yüksəlmiş, 2 151,93 min manat və ya 10,66% artmışdır. Ödənişlər 77,03 min manatdan 164,36 min manata çatmış, 87,32 min manat və ya 113,35% artmışdır.
Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə haqlar 3 776,28 min manatdan 1 013,37 min manata enmiş, 2 762,91 min manat və ya 73,16% azalmışdır. 2025-ci ildə ödəniş olmadığı halda, 2026-cı ildə 1,35 min manat ödəniş qeydə alınmışdır.
Ümumi mülki məsuliyyətin sığortası üzrə haqlar 8 849,48 min manatdan 13 426,70 min manata yüksəlmiş, 4 577,22 min manat və ya 51,72% artmışdır. Ödənişlər 57,10 min manatdan 73,26 min manata çataraq 16,16 min manat və ya 28,30% artmışdır.
Avtonəqliyyat vasitələri sahiblərinin könüllü mülki məsuliyyət sığortası üzrə haqlar 2 858,74 min manatdan 4 962,28 min manata yüksəlmiş, 2 103,54 min manat və ya 73,58% artmışdır. Ödənişlər 15,68 min manatdan 45,49 min manata çataraq 29,81 min manat və ya 190,12% artmışdır.
Peşə məsuliyyətinin sığortası üzrə haqlar 1 675,07 min manatdan 1 942,95 min manata yüksəlmiş, 267,87 min manat və ya 15,99% artmışdır. Ödənişlər isə 3,42 min manatdan 13,14 min manata çatmış, 9,72 min manat və ya 284,21% artmışdır.
İşəgötürənin məsuliyyət sığortası üzrə haqlar 407,93 min manatdan 379,47 min manata enərək 28,46 min manat və ya 6,98% azalmışdır. Hər iki dövrdə bu sinif üzrə ödəniş qeydə alınmamışdır.
Yük daşıyanın mülki məsuliyyətinin sığortası üzrə haqlar 29,19 min manatdan 50,06 min manata yüksəlmiş, 20,87 min manat və ya 71,49% artmışdır. Ödənişlər isə 0,84 min manatdan sıfıra enmiş, yəni 0,84 min manat və ya 100% azalmışdır.
Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə haqlar 2 151,71 min manatdan 158,23 min manata enmişdir. Azalma 1 993,48 min manat və ya 92,65% təşkil etmişdir. Hər iki ildə bu sinif üzrə ödəniş qeydə alınmamışdır.
Dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə həm haqlar, həm də ödənişlər hər iki müqayisə dövründə sıfır olmuşdur.
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası üzrə haqlar 432,52 min manatdan 399,79 min manata enərək 32,73 min manat və ya 7,57% azalmışdır. 2025-ci ildə ödəniş qeydə alınmadığı halda, 2026-cı ildə 31,12 min manat ödəniş həyata keçirilmişdir.
Kredit və maliyyə risklərinin sığortası üzrə ödənişlər 29%-ə qədər azalıb
Kredit sığortası üzrə haqlar 2 877,54 min manatdan 3 189,59 min manata yüksəlmiş, 312,04 min manat və ya 10,84% artmışdır. Ödənişlər isə 47,24 min manatdan 33,61 min manata enmiş, 13,64 min manat və ya 28,86% azalmışdır. Kredit sığortası daxilində kreditlərin sığortası üzrə göstəricilər də eyni olmuşdur: haqlar 312,04 min manat və ya 10,84% artmış, ödənişlər 13,64 min manat və ya 28,86% azalmışdır.
Qarışıq maliyyə risklərinin sığortası üzrə haqlar 474,51 min manatdan 553,63 min manata yüksələrək 79,13 min manat və ya 16,68% artmışdır. Bu kateqoriya üzrə hər iki dövrdə ödəniş qeydə alınmamışdır. Bu göstəricinin tərkibində olan işin dayanması ilə bağlı risklərdən sığorta üzrə də haqlar 474,51 min manatdan 553,63 min manata yüksəlmiş, 79,13 min manat və ya 16,68% artmış, ödənişlər isə sıfır səviyyəsində qalmışdır.
İcbari sığortalar üzrə sığortalar üzrə ödənişlərdə 20%-ə yaxın artım
İcbari sığortalar üzrə ümumi mənzərə könüllü sığortalardan fərqlənmişdir. 2025-ci ilin yanvar–avqust aylarında 249 861,10 min manat olan icbari sığorta haqları 2026-cı ilin müvafiq dövründə 213 491,82 min manata enmişdir. Beləliklə, haqlar 36 369,28 min manat və ya 14,56% azalmışdır. Bunun əksinə olaraq, icbari sığortalar üzrə ödənişlər 92 674,69 min manatdan 110 662,23 min manata yüksəlmiş, 17 987,54 min manat və ya 19,41% artmışdır.
İcbari həyat sığortası üzrə haqlar 66 986,18 min manatdan 42 150,58 min manata enmiş, 24 835,61 min manat və ya 37,08% azalmışdır. Ödənişlər də 3 603,37 min manatdan 2 856,48 min manata enərək 746,88 min manat və ya 20,73% azalmışdır. Bu göstəricilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın nəticələri ilə eynidir: haqlar 24 835,61 min manat və ya 37,08%, ödənişlər isə 746,88 min manat və ya 20,73% azalmışdır.
İcbari qeyri-həyat sığortası üzrə haqlar 182 874,92 min manatdan 171 341,24 min manata enmiş, 11 533,67 min manat və ya 6,31% azalmışdır. Bununla belə, ödənişlər 89 071,32 min manatdan 107 805,75 min manata yüksəlmiş, 18 734,43 min manat və ya 21,03% artmışdır.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə haqlar 118 534,21 min manatdan 131 227,53 min manata yüksəlmiş, 12 693,32 min manat və ya 10,71% artmışdır. Ödənişlər də 87 172,91 min manatdan 104 770,11 min manata yüksəlmiş, 17 597,20 min manat və ya 20,19% artmışdır.
Daşınmaz əmlakın icbari sığortası üzrə isə nəzərəçarpacaq azalma qeydə alınmışdır. Haqlar 63 319,13 min manatdan 39 303,15 min manata enərək 24 015,98 min manat və ya 37,93% azalmışdır. Bunun əksinə, ödənişlər 1 784,35 min manatdan 2 955,51 min manata yüksəlmiş, 1 171,16 min manat və ya 65,64% artmışdır.
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə haqlar 876,55 min manatdan 663,68 min manata enmiş, 212,87 min manat və ya 24,29% azalmışdır. Ödənişlər isə 54,48 min manatdan 72,37 min manata yüksələrək 17,89 min manat və ya 32,83% artmışdır.
Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə haqlar 109,33 min manatdan 127,26 min manata yüksəlmiş, 17,93 min manat və ya 16,40% artmışdır. Bunun əksinə olaraq, ödənişlər 59,58 min manatdan 7,76 min manata enmiş, 51,82 min manat və ya 86,97% azalmışdır.
Digər icbari sığorta növləri üzrə haqlar 35,70 min manatdan 19,63 min manata enərək 16,07 min manat və ya 45,02% azalmışdır. Hər iki dövrdə bu kateqoriya üzrə ödəniş qeydə alınmamışdır.
Ümumi yanaşmada, 2026-cı ilin yanvar–avqust aylarında sığorta bazarının ümumi artımı əsasən könüllü sığorta sektorunun hesabına formalaşmışdır. Könüllü sığorta haqlarının 12,99% artması fonunda icbari sığorta haqlarının 14,56% azalması bazarın strukturunda könüllü sığortaların çəkisinin artdığını göstərir. Xüsusilə həyat sığortası, əmlak sığortası və bir sıra nəqliyyat və məsuliyyət sığortası siniflərində haqların artımı ümumi bazar dinamikasına müsbət təsir göstərmişdir.
Diqqəti cəkb edən əsas məqamlardan biri ümumi sığorta ödənişlərinin sığorta haqlarından əhəmiyyətli dərəcədə daha yüksək templə artmasıdır. Ümumi haqlar 6,42% artdığı halda, ümumi ödənişlər 28,13% yüksəlmişdir. Könüllü sığortalarda da haqların 12,99%-lik artımına qarşı ödənişlərin 29,71% artması müşahidə edilmişdir. İcbari sığortalarda isə vəziyyət daha fərqlidir: haqlar 14,56% azaldığı halda, ödənişlər 19,41% artmışdır. Bu dinamika daxilolmalarla ödənişlər arasındakı nisbətin dəyişdiyini göstərən mühüm amil kimi qiymətləndirilə bilər.
Ayrı-ayrı siniflər üzrə ən yüksək nisbi artımlardan biri dəmiryol nəqliyyatı vasitələrinin sığortasında qeydə alınmışdır. Bu sahədə haqlar 2 661,82% artmışdır. Bununla yanaşı, su nəqliyyat vasitələrinin sığortasında 199,90%, sağalmaz xəstəliklərdən sığortada 119,88%, kənd təsərrüfatı heyvanlarının sığortasında 91,79%, avtonəqliyyat vasitələri sahiblərinin könüllü mülki məsuliyyət sığortasında 73,58% və yük daşıyanın mülki məsuliyyətinin sığortasında 71,49% artım qeydə alınmışdır. Bununla belə, yüksək faiz göstəricilərinin bir hissəsinin 2025-ci ildə müvafiq sığorta sinifləri üzrə bazanın nisbətən kiçik olması ilə əlaqəli olduğu nəzərə alınmalıdır.
Azalma baxımından su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasında haqların 92,65%, hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasında 73,16%, digər icbari sığorta növlərində 45,02%, daşınmaz əmlakın icbari sığortasında 37,93% və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortada 37,08% azalması diqqəti cəlb edir.
Ödənişlərin dinamikasında da kəskin dəyişikliklər mövcuddur. Peşə məsuliyyətinin sığortası üzrə ödənişlər 284,21%, kənd təsərrüfatı heyvanlarının sığortasında 253,87%, avtonəqliyyat vasitələri sahiblərinin könüllü mülki məsuliyyət sığortasında 190,12%, mülki məsuliyyət sığortası üzrə ümumilikdə 113,35% artmışdır. Digər tərəfdən, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə ödənişlər 91,49%, sərnişinlərin icbari fərdi qəza sığortasında 86,97%, əmək qabiliyyətinin sığortasında 70,89% və yük daşıyanın mülki məsuliyyətinin sığortasında 100% azalmışdır.
Nəticə etibarilə, 2026-cı ilin yanvar–avqust aylarında Azərbaycan sığorta bazarında ümumi sığorta haqlarının artması müsbət nominal dinamika yaratmışdır. Lakin eyni dövrdə sığorta ödənişlərinin daha yüksək templə artması bazarın maliyyə göstəricilərinin qiymətləndirilməsində ayrıca diqqət tələb edən tendensiyadır. Ümumi artımın könüllü sığorta sektorunun hesabına təmin edilməsi, icbari sığortalarda isə haqların azalması və ödənişlərin artması bazarın ayrı-ayrı seqmentlərində fərqli istiqamətli proseslərin getdiyini göstərir. Buna görə də ümumi bazar göstəricilərinin qiymətləndirilməsi ilə yanaşı, həyat, qeyri-həyat, əmlak, məsuliyyət, nəqliyyat və icbari sığorta siniflərinin dinamikasının ayrıca təhlili daha dolğun nəticə əldə etməyə imkan verir.
Müəlllif: Aynur Qəniyeva

