Close Menu
    What's Hot

    Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb

    25 Fevral 2026

    SOCAR və Samsung E&A anlaşdı

    25 Fevral 2026

    Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib

    25 Fevral 2026
    Trending
    • Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb
    • SOCAR və Samsung E&A anlaşdı
    • Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib
    • ABŞ-ın nadir minerallardan asılılığı təhlükə yaradır: Çin faktoru
    • Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib
    • Seymur Adıgözəlov: “Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci yerdədir”
    • Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu
    • Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

      24 Fevral 2026
      Recent

      Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

      24 Fevral 2026

      Vüsal Xəlilov: “Rəqəmsal maliyyə texnologiyaları artıq dəstək funksiyası deyil, əsas inkişaf alətidir”

      23 Fevral 2026

      Xəyaləddin Tağıyev: “Tələbələr laboratoriyada real layihələr üzərində çalışacaqlar”

      23 Fevral 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Bakı Fond Birjasında əməliyyatların həcmi 48,6% azalıb, bazarın strukturu dəyişib

      04 Fevral 2026

      SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi

      03 Fevral 2026

      AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

      28 Yanvar 2026

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026

      Qızıl son 30 sessiyada volatillik baxımından bitkoini geridə qoyub

      02 Fevral 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026
      Recent

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026

      Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib

      25 Fevral 2026

      Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

      23 Fevral 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Sığorta » Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb
    Sığorta

    Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb

    25 Fevral 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026-cı ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 156 milyon 604 min manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı aylıq statistikaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% azalıb.

    Ödənişlərdə kəskin artım

    Hesabat ayında sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 62 milyon 12 min manat təşkil edib. Bu, illik müqayisədə 30,2% çoxdur. Ödənişlərin dinamikası bazarın ayrı-ayrı seqmentlərində fərqli mənzərə yaradıb. Könüllü sığorta növləri üzrə ödənişlər 34% artaraq 50 milyon 262 min manata, icbari sığorta üzrə ödənişlər isə 16,2% artaraq 11 milyon 750 min manata çatıb.

    Şirkətlərin ödəniş renkinqi

    Hesabat dövründə  ən çox ödəniş həyata keçirən şirkət 35 milyon 330 min manatla “Paşa Həyat Sığorta” olub. Bu şirkət ötən ilin yanvarına nisbətən ödənişlərini 38,2% artırıb. İkinci yerdə 11 milyon 185 min manat ödənişlə “Paşa Sığorta” qərarlaşıb (artım 27,4%). Üçüncü yerdə isə 4 milyon 688 min manat ödənişlə “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.

    Dinamikada ən yüksək artım “Xalq Həyat” Sığorta Şirkətində qeydə alınıb. Şirkətin ödənişləri 1200% (12 dəfə) artaraq 520 min manata çatıb. “Meqa Həyat Sığorta”da isə artım 981,8% təşkil edib. Digər tərəfdən, ödənişlərini ən çox azaldan şirkətlər sırasında “Aqrar Sığorta” (-91,6%), “AzSığorta” (-86,8%) və “İpək Yolu Sığorta” (-100%) yer alıb. Sonuncu şirkət bu ilin yanvarında heç bir ödəniş həyata keçirməyib.

    Könüllü və icbari sığortada vəziyyət

    Hesabat dövründə könüllü sığorta növləri üzrə 136 milyon 456 min manat, icbari sığorta növləri üzrə isə 20 milyon 148 min manat sığorta haqqı toplanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta üzrə yığımlar 2,9% (4 milyon 145 min manat), icbari sığorta üzrə yığımlar isə 12,6% (2 milyon 909 min manat) azalıb.

    Zərərlilik göstəricilərində dəyişiklik

    Könüllü sığorta bazarında zərərlilik əmsalı (toplanmış hər 100 manat haqqa düşən ödəniş) artıb. Ötən ilin yanvarında bu rəqəm 26,7 manat idisə, bu ilin eyni dövründə 36,8 manata yüksəlib. İcbari sığorta bazarında isə bu göstərici daha yüksək olub – hər 100 manat haqqa 58,3 manat ödəniş düşüb (2025-ci ilin yanvarında 43,8 manat).

    Tibbi sığorta: yığımlar azalıb, xərclər artıb

    Bu ilin yanvar ayında könüllü tibbi sığorta üzrə yığımlar 51 milyon 669 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% azdır (2025-ci ilin yanvarında bu rəqəm 58 milyon 313 min manat idi). Eyni zamanda, tibbi sığorta üzrə ödənişlərin həcmi 6 milyon 854 min manata çataraq illik müqayisədə 37,8% artıb.

    Bu tendensiya tibbi sığortada zərərliliyin kəskin artmasına səbəb olub. Belə ki, ötən ilin yanvarında sığorta şirkətləri könüllü tibbi sığorta üzrə topladıqları hər 100 manatdan cəmi 8,5 manatını ödənişlərə yönəldirdisə, bu ilin eyni dövründə bu göstərici 13,2 manata yüksəlib. Bu, səhiyyə xidmətlərinin qiymətindəki artım və ya müraciətlərin sayındakı yüksəlişlə əlaqədar ola bilər.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Aqrar Sığorta Fondunun 2025-ci ilin hesabatı: 9,2 milyon manat ödəniş edilib

    19 Fevral 2026

    ABŞ-da bazar çöküşü risklərinə qarşı sığortaya tələbat artıb

    16 Fevral 2026

    İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

    06 Fevral 2026

    2025-ci ildə Azərbaycan sığorta bazarı: artan həcmlər, sürətlə böyüyən risklər

    28 Yanvar 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.