Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) son 5 il ərzində şirkət tərəfindən müxtəlif sahələrdə 42 layihə reallaşdırılıb.
GDP xəbər verir ki, AİŞ-in məlumatına görə, bu müddət ərzində 19 yeni müəssisə yaradılıb və 23 layihə həyata keçirilib. Layihələr qida istehsalı, tikinti, əczaçılıq, qablaşdırma, mədənçilik və yaşıl enerji kimi strateji əhəmiyyətli sahələri əhatə edib.
Ümumi dəyəri 1.7 milyard manat olan bu layihələr yerli istehsalın genişləndirilməsinə, idxalı əvəz edən sənaye sahələrinin inkişafına və yeni iş yerlərinin açılmasına səbəb olub.
Qeyd edək ki, xarici investisiyaların cəlb edilməsi və müasir standartlara əsaslanan yeni müəssisələrin yaradılması şirkətin əsas prioritetləri sırasındadır.