2024-cü ilin yanvar-may aylarında ölkədə 48 milyard 26 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% çox ümumi daxili məhsul istehsal olunub.
GDP xəbər verir ki, bu barədəDövlət Statistika Komitəsi (DSK) məlumat yayımlayıb.
Ötən ilin yanvar-may ayları ilə müqayisədə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3% artıb, neft-qaz sektorunda isə eyni səviyyədə qalıb.
ÜDM istehsalının 39,7%-i sənaye, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0%-i nəqliyyat və anbar təsərrüfatı, 6,0 %-i tikinti, 3,8 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 4713,3 manata bərabər olub.