Azərbaycan Mərkəzi Bankı (AMB) “Xalq Bank” ASC-yə sığorta agenti fəaliyyəti göstərmək üçün lisenziya təqdim edib.
GDP bu barədə AMB-yə istinadən məlumat yayıb.
Nəticədə, hazırda Azərbaycanda sığorta agenti lisenziyasına malik hüquqi şəxslərin sayı 56-ya çatıb.
Qeyd edək ki, “Xalq Bank” 2004-cü ildə təsis edilib. Bankın nizamnamə kapitalı 364,773 milyon manat təşkil edir. Səhmlərin 50%-i “İdeal Business Co.” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 33,85%-i “Euro Standard” MMC-yə (“Xalq Sığorta” ASC-nin digər 50%-lik səhmdarı), 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.
Bu lisenziya ilə “Xalq Bank” ASC-nin fəaliyyət istiqamətləri genişlənərək, sığorta bazarında mövqeyini daha da gücləndirməsi gözlənilir.