Azərbaycan Mərkəzi Bankı ölkə iqtisadiyyatını idarə etmək üçün istifadə edilən pul siyasətinin ən mühüm alətlərindən biri olan uçot-faiz dərəcəsi ilə bağlı noyabrın 1-də qərarını açıqlayacaq. Sonuncu dəfə sabit saxladığı faiz dəcəsi ilə bağlı Mərkəzi Bank tərəfindən hansı qərarın veriləcəyi təbi ki, iqtisadi sferada maraq doğurur.
Cari ildə ardıcıl olaraq üç dəfə, Mərkəzi Bank faizlərin aşağı həddini 6.25 faiz, yuxarı həddini 8.25 faiz, uçot faiz dərəcəsini isə 7.25 faizdə saxlayıb. Azərbaycan Mərkəzi Bankı inflyasiyanın yavaşlaması və makroiqtisadi göstəricilərin yaxşılaşmasına cavab olaraq uçot-faiz dərəcəsini tədricən azaldır yaxud sabit saxlamaqla yumşaldıcı yöndə siyasətini davam etdirdiyinə işarə edir.
Əgər inflyasiya azalmaqda davam edərsə və hədəf diapazonunda qalsa, o zaman faiz dərəcəsinin cari səviyyəsinin saxlanması və ya hətta onun daha da azaldılması ehtimalı yüksəkdir.
Mərkəzi Bank hazırda qiymət və məzənnə sabitliyinin qorunmasına yönəlmiş ardıcıl siyasət nümayiş etdirir.
Bu qrafik, illik inflyasiyanın artdığı dövrlərdə AMB-nin uçot dərəcəsini necə tənzimlədiyini göstərir. Göstəricilərdən inflyasiya gözləntiləri ilə faiz dərəcələri arasında bir əlaqə olduğu açıq şəkildə görünür.
Manatın məzənnəsinin sabitliyi və tədiyə balansının müsbət olması, ölkənin makroiqtisadi dayanıqlığını artırır.
Əgər inflyasiya hədəf diapazonunda qalarsa, valyuta sabitliyi davam edərsə və qlobal iqtisadi vəziyyət əhəmiyyətli dərəcədə dəyişməzsə, Mərkəzi Bank faiz dərəcələrini dəyişməz saxlaya bilər.