Azərbaycan və Macarıstan yaşıl enerji layihələri çərçivəsində strateji tərəfdaşlığı müzakirə ediblər.
GDP xəbər verir ki, bu müzakirə energetika naziri Pərviz Şahbazovla Macarıstanın xarici işlər naziri Peter Szijarto arasında Buxarestdə keçirilən görüş çərçivəsində baş tutub.
Nazirlər Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nazirlərinin 8-ci görüşünün yekunlarını və digər aktual məsələləri müzakirə ediblər.
Bundan əlavə, Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrində Macarıstanın MOL Group və MVM şirkətləri ilə əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub.
Tərəflər Bakıda keçiriləcək COP29 konfransının enerji gündəliyinə də toxunublar