2025-ci ilin birinci rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı 1,1 milyard dollar profisit yaranıb.
Azərbaycan Mərkəzi Bankının “2025-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyə balansı”na əsasən, ölkənin cari əməliyyatlar hesabı 1,1 milyard dollar profisit göstərib. Eyni dövrdə kapital və maliyyə hesabında isə 1,2 milyard dollar kəsir qeydə alınıb.
GDP xəbər verir ki, dövr ərzində ölkənin ehtiyat aktivləri 0,4 milyard dollar azalıb, lakin strateji valyuta ehtiyatları 2,5 milyard dollar artaraq 73,5 milyard dollara çatıb.
Hesabat dövründə xam neftin orta qiyməti isə barel üzrə 74,2 dollar olub.
Qeyd: Tədiyə balansı (ödənişlər balansı) — bir ölkənin müəyyən bir dövrdə (adətən bir il və ya rüb ərzində) dünyanın digər ölkələri ilə həyata keçirdiyi bütün iqtisadi əməliyyatların sistemli şəkildə qeydə alındığı hesabatdır. Bu, ölkənin xarici ticarət, investisiya, köçürmələr və digər maliyyə axınlarını əks etdirir.