Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
GDP xəbər ki, birjaya istinadən xəbər verir ki, 16 milyard 444 milyon 844 min 299 manat əməliyyat həcmi ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC1-ci, 11 milyard 909 milyon 222 min 124 manat əməliyyat həcmi ilə “ABB İnvest İnvestisiya Şirkəti” QSC2-ci, 3 milyard 496 milyon 344 min 477 manat əməliyyat həcmi ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC 3-cü, 2 milyard 128 milyon 936 min 936 manat əməliyyat həcmi ilə “CPM-İnvest İnvestisiya Şirkəti “QSC 4-cü, 1 milyard 673 milyon 676 min 951 əməliyyat həcmi ilə “AzFinance İnvestisiya Şirkəti” QSC 5-ci, 504 milyon 130 min 981 manat əməliyyat həcmi ilə “İnvest-Az İnvestisiya Şirkəti” QSC 6-cı olub.