Avqustun 17-dən sentyabrın 7-nə qədər Azərbaycan Mərkəzi Bankı, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində ölkədə II Sığorta Festivalı təşkil olunacaq.
GDP bu barədə Assosiasiyaya istinadən xəbər verir.
Məlumata görə, festivala Bakıda – Dənizkənarı Milli Parkda start veriləcək. Ardınca festival 24 avqustda Naxçıvan, 30 avqustda İsmayıllı, 31 avqustda Mingəçevir və 7 sentyabrda Gəncə şəhərlərində baş tutacaq.
Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunacaq. Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiətilə aparılacaq.
Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir