2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 102,7 % təşkil edib.
GDP xəbər verir ki, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,0 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,3 faiz təşkil edib.
2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz,yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,0 faiz təşkil edib.