Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 29 milyard 457,2 milyon kubmetr təbii qaz hasil edilib.
GDP xəbər verir ki, bunun 22 milyard 510,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, əmtəəlik qaz hasilatı 6,4 faiz artıb.
Ötən 7 ayda Azərbaycanda qaz kondensatı da daxil olmaqla 16 milyon 950,1 min ton xam neft hasil edilib. Bunun 16 milyon 913,8 min tonu kommersiya xarakterli xam neftin payına düşüb.
2023-cü ilin 7 ayı ilə müqayisədə hesabat dövründə neft hasilatı 4,4%, əmtəəlik neftin həcmi isə 4,3% azalıb.