Qurban bayramından sonra Azərbaycanda ət ucuzlaşıb.
GDP xəbər verir ki,quzu ətinin qiyməti 22 manatdan 18-19 manata düşüb, mal əti isə artıq 16 manatdan yox, 13-14 manatdan satılır.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli yerli mətbuata bildirib ki, qiymət enişi davam edəcək.
Bu, iki əsas səbəbə görə baş verir: temperaturun yüksəlməsi və yay aylarında ət yeməklərinə tələbatın azalması.
Nəsirli qeyd edib ki, payızda əhalinin tələbatının artması və yemin bahalaşması səbəbindən qiymətlər artacaq.