Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18 milyard 842,9 milyon manat, xərcləri isə 16 milyard 52,1 milyon manat təşkil edib.
GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,7 % və 14,1 % çoxdur.
Beləliklə 6 ayda büdcədə 2 milyard 790,8 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 97 % çoxdur.