AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı nəqliyyat və telekommunikasiya infrastrukturu üzrə maliyyələşdirmə və investisiya imkanlarının araşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Sonda Azərbaycanın nəqliyyat və telekommunikasiya infrastrukturu sektorlarında investisiya layihələrinin müəyyənləşdirilməsi, hazırlanması və həyata keçirilməsi istiqamətində əməkdaşlıq çərçivəsinin formalaşdırılması məqsədilə AZCON Holding ilə Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, martın 9-13-nü əhatə edən səfər çərçivəsində AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib, əməkdaşlıq imkanları müzakirə olunub, mövcud layihələrə dair fikir mübadiləsi aparılıb və gələcək tərəfdaşlıq perspektivləri nəzərdən keçirilib.


