Ötən həftə (24–28 mart 2026-cı il tarixləri) Azerilight markalı Azərbaycan neftinin qiymət dinamikasında ümumi olaraq artım tendensiyası müşahidə olunur.
GDP xəbər verir ki, həftənin əvvəlində, 24 mart tarixində Azərbaycan neftinin qiyməti 116.05 ABŞ dolları olub. Sonrakı günlərdə qiymətdə müəyyən eniş qeydə alınıb və 26 martda 113.70 ABŞ dollarına düşərək həftənin ən aşağı səviyyəsinə çatıb. Bu, həftənin başlanğıcı ilə müqayisədə 2.35 dollar azalma deməkdir.
Lakin bu eniş uzun çəkməyib. Həftənin ikinci yarısından etibarən qiymətlər sürətlə yüksəlməyə başlayıb. 27 martda qiymət 121.25 ABŞ dollarına, 28 martda isə 124.24 ABŞ dollarına qalxaraq həftənin ən yüksək səviyyəsinə çatıb. Beləliklə, cəmi iki gün ərzində qiymət 10.54 dollar artıb.
Ümumilikdəötən həftə ərzində Azerilight neftinin qiyməti 116.05 dollardan 124.24 dollara yüksəlib. Yəni, həftə ərzində 8.19 dollar və ya 7.06% artım qeydə alınıb.
Müəllif:Aynur Qəniyeva

