Close Menu
    What's Hot

    Azərbaycanda mobil internetin sürəti 100 Mb/s-yə çatıb

    25 Avqust 2026

    Azərbaycanda sığorta ödənişlərinin 26,9%-lik artım tempi sığorta haqlarının 7,3%-lik artım tempini 3,7 dəfə üstələyib

    25 Avqust 2026

    Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “Nəhəng qayıdış” 7%-dək keşbek, 6 ayadək faizsiz taksit

    25 Avqust 2026
    Trending
    • Azərbaycanda mobil internetin sürəti 100 Mb/s-yə çatıb
    • Azərbaycanda sığorta ödənişlərinin 26,9%-lik artım tempi sığorta haqlarının 7,3%-lik artım tempini 3,7 dəfə üstələyib
    • Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “Nəhəng qayıdış” 7%-dək keşbek, 6 ayadək faizsiz taksit
    • Bank, sığorta və investisiya şirkətləri üçün müştəri şikayətləri ilə bağlı yeni tələblər sentyabrın 1-dən qüvvəyə minəcək
    • Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi
    • ABB rəhbərinin müavini Aqşin Əmirov: ABB-nin Özbəkistandakı fəaliyyəti Azərbaycanla maliyyə körpüsünü gücləndirəcək
    • Səudiyyə Ərəbistanının neft ixracı 2021-ci ildən bəri minimum səviyyəyə düşüb
    • “AzInTelecom” 77 614 kopyalanmış IMEI kodu bloklayıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “Nəhəng qayıdış” 7%-dək keşbek, 6 ayadək faizsiz taksit

      25 Avqust 2026
      Recent

      Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “Nəhəng qayıdış” 7%-dək keşbek, 6 ayadək faizsiz taksit

      25 Avqust 2026

      Bank, sığorta və investisiya şirkətləri üçün müştəri şikayətləri ilə bağlı yeni tələblər sentyabrın 1-dən qüvvəyə minəcək

      25 Avqust 2026

      ABB rəhbərinin müavini Aqşin Əmirov: ABB-nin Özbəkistandakı fəaliyyəti Azərbaycanla maliyyə körpüsünü gücləndirəcək

      25 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      PAŞA Kapital anderraytinq xidmətlərinin sayına görə Bakı Fond Birjasının üzvləri arasında lider olub

      19 Avqust 2026

      Bakı Fond Birjasında ən çox təkrar bazar əməliyyatını ABB Invest həyata keçirib

      19 Avqust 2026

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Səudiyyə Ərəbistanının neft ixracı 2021-ci ildən bəri minimum səviyyəyə düşüb

      25 Avqust 2026

      ABŞ Maliyyə Nazirliyi istiqrazların geri alınmasına 1 trilyon dollara yaxın vəsait yönəldə bilər

      24 Avqust 2026

      Pambığın qiyməti son ayların yüksək səviyyəsinə çatıb

      21 Avqust 2026

      Freedom Holding Türkiyədə bankdan sonra broker bazarına daxil olur: 300 milyon dollardan çox sərmayə yatıracaq

      19 Avqust 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Səudiyyə Ərəbistanının neft ixracı 2021-ci ildən bəri minimum səviyyəyə düşüb

      25 Avqust 2026

      ABŞ Maliyyə Nazirliyi istiqrazların geri alınmasına 1 trilyon dollara yaxın vəsait yönəldə bilər

      24 Avqust 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycanda mobil internetin sürəti 100 Mb/s-yə çatıb

      25 Avqust 2026
      Recent

      Azərbaycanda mobil internetin sürəti 100 Mb/s-yə çatıb

      25 Avqust 2026

      “AzInTelecom” 77 614 kopyalanmış IMEI kodu bloklayıb

      25 Avqust 2026

      8 milyon manata yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi yaradılır

      24 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Sığorta » Azərbaycanda sığorta ödənişlərinin 26,9%-lik artım tempi sığorta haqlarının 7,3%-lik artım tempini 3,7 dəfə üstələyib
    Sığorta

    Azərbaycanda sığorta ödənişlərinin 26,9%-lik artım tempi sığorta haqlarının 7,3%-lik artım tempini 3,7 dəfə üstələyib

    25 Avqust 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda bütün sığorta sinifləri üzrə 1 milyard 6,4 milyon manat sığorta haqqı toplanıb. 2025-ci ilin eyni dövründə bu göstərici 937,7 milyon manat olub. Beləliklə, sığorta haqlarının həcmi bir il ərzində 68,8 milyon manat və ya 7,3% artıb.

    GDP Mərkəzi Bankın yayımladığı 2026-cı ilin ilk 7 ayını əhatə edən sığorta statistikasına istinadla xəbər verir ki, 2026-сı ilin ilk 7 ayı ayı ərzində sektorta sığorta ödənişlərində daha yüksək artım müşahidə olunub. Belə ki, 2025-ci ilin yanvar–iyul aylarında sığorta ödənişlərinin ümumi məbləği 529,3 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə 671,4 milyon manata yüksəlib. Mütləq ifadədə artım 142,1 milyon manat, nisbi ifadədə isə 26,9% təşkil edib.

    Bu göstəricilər sığorta bazarının ümumi həcminin böyüdüyünü göstərsə də, ödənişlərin sığorta haqlarından xeyli yüksək templə artması xüsusilə diqqəti cəlb edir. Belə ki, sözügedən dövr ərzində illik müqaisəs sığorta haqları 7,3% artdığı halda, sığorta ödənişlərində 26,9%-lik yüksəliş qeydə alınıb. Başqa sözlə, ödənişlərin artım tempi haqların artım tempindən təxminən 3,7 dəfə yüksək olub. Bu dinamika 2026-cı ilin ilk 7 ayında sığortaçıların ödəniş yükünün əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artdığını göstərir.

    Könüllü sığorta növləri

    Könüllü sığortalar üzrə 2025-ci ilin yanvar–iyul aylarında təxminən 716,3 milyon manat sığorta haqqı toplanıb. 2026-cı ilin eyni dövründə isə könüllü sığortalar üzrə sığorta haqlarının həcmi təxminən 823,0 milyon manata çatıb. Beləliklə, bu seqment üzrə sığorta haqları təxminən 106,7 milyon manat və ya 14,9% artıb.

    Könüllü sığortalar üzrə ödənişlər də artıb. 2025-ci ilin ilk yeddi ayında 448,7 milyon manat olan sığorta ödənişləri 2026-cı ilin eyni dövründə təxminən 576,3 milyon manata yüksəlib. Artım təxminən 127,6 milyon manat və ya 28,4% təşkil edib.

    Beləliklə, könüllü sığorta seqmentində həm haqlar, həm də ödənişlər artıb, lakin ödənişlərin artım tempi haqların artım tempini əhəmiyyətli dərəcədə üstələyib.

    Həyat sığortası

    Könüllü həyat sığortası üzrə sığorta haqları 2025-ci ilin yanvar–iyul aylarında 472,2 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə 542,2 milyon manata yüksəlib. Artım təxminən 70,0 milyon manat və ya 14,8% təşkil edib.

    Bu istiqamətdə sığorta ödənişlərinin məbləği isə 372,7 milyon manatdan 493,7 milyon manata yüksəlib. Beləliklə, ödənişlər təxminən 121,1 milyon manat və ya 32,5% artıb.

    Həyat sığortasında ödənişlərin artım tempinin sığorta haqlarının artım tempindən iki dəfədən çox yüksək olması bu seqmentdə ödəniş yükünün əhəmiyyətli dərəcədə artdığını göstərir.

    Həyatın ölüm halından sığortası üzrə sığorta haqları 19,4 milyon manatdan 24,2 milyon manata yüksəlib. Artım təxminən 4,9 milyon manat və ya 25,1% olub. Bu sığorta növü üzrə ödənişlər isə 1,85 milyon manatdan 2,20 milyon manata yüksələrək təxminən 356 min manat və ya 19,3% artıb.

    Əmək qabiliyyətinin sığortası üzrə əks dinamika müşahidə olunub. Sığorta haqları 2,37 milyon manatdan 1,82 milyon manata enib. Azalma təxminən 558 min manat və ya 23,5% təşkil edib. Ödənişlər isə 225 min manatdan 69 min manata düşərək 156 min manat və ya 69,3% azalıb.

    Sağalmaz xəstəliklərdən sığorta üzrə sığorta haqları 2,83 milyon manatdan 5,91 milyon manata yüksəlib. Artım 3,09 milyon manat və ya 109,1% təşkil edib. Ödənişlər isə 1,02 milyon manatdan 1,10 milyon manata yüksələrək təxminən 78 min manat və ya 7,6% artıb.

    Könüllü qeyri-həyat sığortası

    Könüllü qeyri-həyat sığortası üzrə sığorta haqları 244,1 milyon manatdan 280,9 milyon manata yüksəlib. Mütləq artım təxminən 36,8 milyon manat, nisbi artım isə 15,1% olub.

    Bu istiqamətdə sığorta ödənişləri 76,0 milyon manatdan 82,6 milyon manata yüksəlib. Artım 6,5 milyon manat və ya 8,6% təşkil edib. Beləliklə, könüllü qeyri-həyat sığortasında sığorta haqlarının artım tempi ödənişlərin artım tempini üstələyib.

    Şəxsi sığorta

    2026-cı ilin yanvar-iyul aylatı ərzində şəxsi sığorta üzrə sığorta haqları 99,3 milyon manatdan 101,6 milyon manata yüksəlib. Artım təxminən 2,3 milyon manat və ya 2,3% təşkil edib. Ödənişlər isə 51,5 milyon manatdan 55,1 milyon manata yüksələrək 3,6 milyon manat və ya 7,0% artıb.

    Tibbi sığorta üzrə sığorta haqları 91,65 milyon manatdan 91,46 milyon manata enib. Azalma cəmi 186 min manat və ya 0,2% təşkil edib. Buna görə də bu seqmentdə sığorta haqlarının həcmini faktiki olaraq sabit hesab etmək olar. Bununla yanaşı, ödənişlər 50,82 milyon manatdan 54,34 milyon manata yüksələrək 3,52 milyon manat və ya 6,9% artıb.

    Xaricə səfər edən vətəndaşların sığortası üzrə sığorta haqları 4,0 milyon manatdan 5,67 milyon manata yüksəlib. Artım 1,66 milyon manat və ya 41,6% təşkil edib. Ödənişlər isə 376 min manatdan 567 min manata yüksələrək 191 min manat və ya 50,8% artıb.

    Fərdi qəza və xəstəlik sığortasında sığorta haqları 3,64 milyon manatdan 4,49 milyon manata yüksəlib. Artım 849 min manat və ya 23,3% təşkil edib. Ödənişlər isə 303 min manatdan 187 min manata düşərək 116 min manat və ya 38,3% azalıb.

    Əmlak sığortası

    Əmlak sığortası üzrə ümumi sığorta haqları 144,8 milyon manatdan 179,3 milyon manata yüksəlib. Artım təxminən 34,5 milyon manat və ya 23,8% təşkil edib. Ödənişlər isə 24,5 milyon manatdan 27,5 milyon manata yüksələrək təxminən 2,9 milyon manat və ya 11,9% artıb.

    Əmlakın sığortası üzrə haqlar 122,8 milyon manatdan 156,1 milyon manata yüksəlib. Artım 33,3 milyon manat və ya 27,1% təşkil edib. Ödənişlər isə 24,5 milyon manatdan 27,3 milyon manata yüksələrək 2,9 milyon manat və ya 11,7% artıb.

    Əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta haqları 50,0 milyon manatdan 67,9 milyon manata yüksəlib. Artım təxminən 17,8 milyon manat və ya 35,7% təşkil edib. Ödənişlər isə 1,74 milyon manatdan 1,93 milyon manata yüksələrək təxminən 186 min manat və ya 10,7% artıb.

    Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta haqları 40,44 milyon manatdan 40,94 milyon manata yüksəlib. Artım cəmi 494 min manat və ya 1,2% təşkil edib. Bununla yanaşı, ödənişlər 17,44 milyon manatdan 22,45 milyon manata yüksələrək 5,01 milyon manat və ya 28,7% artıb. Haqların demək olar ki, dəyişmədiyi bir şəraitdə ödənişlərin 28,7% artması bu sığorta sinfi üzrə ödəniş yükünün yüksəldiyini göstərir.

    Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə haqlar 2,15 milyon manatdan 5,0 milyon manata yaxın səviyyəyə yüksəlib. Artım təxminən 2,85 milyon manat və ya 132,8% təşkil edib. Ödənişlər isə 340 min manatdan 889 min manata yüksəlib. Artım 549 min manat və ya 161,5% olub.

    Su nəqliyyatı vasitələrinin sığortası üzrə haqlar 908 min manatdan 6,11 milyon manata yüksəlib. Mütləq artım təxminən 5,21 milyon manat, nisbi artım isə 573,3% təşkil edib. Faiz göstəricisinin bu qədər yüksək olması əsasən 2025-ci ildə müqayisə bazasının aşağı olması ilə bağlıdır. Hər iki dövrdə bu sığorta növü üzrə ödəniş qeydə alınmayıb.

    Mülki məsuliyyət sığortası

    Mülki məsuliyyət sığortası üzrə sığorta haqları 19,0 milyon manatdan 19,8 milyon manata yüksəlib. Artım təxminən 796 min manat və ya 4,2% təşkil edib.

    Ödənişlər isə 48 min manatdan 115 min manata yüksəlib. Artım cəmi 67 min manat olsa da, aşağı müqayisə bazası səbəbindən nisbi ifadədə 139,6% təşkil edib.

    Ümumi mülki məsuliyyət sığortası üzrə sığorta haqları 8,29 milyon manatdan 11,8 milyon manata yüksəlib. Artım 3,51 milyon manat və ya 42,4% olub. Ödənişlər isə hər iki dövrdə təxminən 28 min manat səviyyəsində qalıb.

    Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə sığorta haqları 2,44 milyon manatdan 4,31 milyon manata yüksələrək 1,86 milyon manat və ya 76,2% artıb. Ödənişlər isə 16 min manatdan 41 min manata yüksəlib. Mütləq artım 25 min manat olsa da, faiz ifadəsində artım təxminən 156,3% təşkil edib.

    Kredit və maliyyə risklərinin sığortası

    Kredit sığortası üzrə sığorta haqları 2,52 milyon manatdan 2,78 milyon manata yüksəlib. Artım 260 min manat və ya 10,3% təşkil edib. Ödənişlər isə 41 min manatdan 29 min manata enərək 12 min manat və ya 29,3% azalıb.

    Qarışıq maliyyə risklərinin sığortası üzrə haqlar 475 min manatdan 554 min manata yüksəlib. Artım 79 min manat və ya 16,6% olub. Hər iki dövrdə sığorta ödənişi qeydə alınmayıb.

    İcbari sığortalar

    İcbari sığortalar üzrə ümumi sığorta haqlarının həcmi 2025-ci ilin yanvar–iyul aylarında 221,4 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə 183,4 milyon manata enib. Beləliklə, bu seqment üzrə sığorta haqları 38,0 milyon manat və ya 17,2% azalıb.

    Bunun əksinə olaraq, icbari sığortalar üzrə sığorta ödənişləri 80,6 milyon manatdan 95,2 milyon manata yüksəlib. Mütləq artım 14,6 milyon manat, nisbi artım isə 18,1% təşkil edib.

    Bu göstəricilər icbari sığorta seqmentində diqqətçəkən mənzərə yaradır: sığorta haqları azalarkən ödənişlərin artması daxilolmalarla ödənişlər arasındakı nisbətin pisləşdiyini göstərir.

    İcbari həyat sığortası

    İcbari həyat sığortası üzrə sığorta haqları 59,0 milyon manatdan 37,9 milyon manata enib. Azalma 21,2 milyon manat və ya 35,8% təşkil edib.

    Ödənişlər də 3,38 milyon manatdan 2,01 milyon manata enib. Azalma təxminən 1,37 milyon manat və ya 40,6% olub.

    Beləliklə, icbari həyat sığortasında həm sığorta haqları, həm də ödənişlər azalıb. Ödənişlərin azalma tempi haqların azalma tempindən bir qədər yüksək olub.

    İcbari qeyri-həyat sığortası

    İcbari qeyri-həyat sığortası üzrə sığorta haqları 162,3 milyon manatdan 145,5 milyon manata enib. Azalma təxminən 16,8 milyon manat və ya 10,4% təşkil edib.

    Ödənişlər isə əksinə, 77,2 milyon manatdan 93,2 milyon manata yüksəlib. Artım təxminən 15,9 milyon manat və ya 20,6% olub. Haqların azalması ilə ödənişlərin artmasının paralel baş verməsi bu istiqamətdə ödəniş yükünün əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.

    Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqları 101,8 milyon manatdan 111,4 milyon manata yüksəlib. Artım təxminən 9,6 milyon manat və ya 9,4% təşkil edib. Ödənişlər isə 75,4 milyon manatdan 90,5 milyon manata yüksələrək 15,1 milyon manat və ya 20,0% artıb. Burada da ödənişlərin artım tempi sığorta haqlarının artım tempindən iki dəfədən çox yüksək olub.

    Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqları 59,6 milyon manatdan 33,4 milyon manata enib. Azalma 26,2 milyon manat və ya 43,9% təşkil edib. Eyni zamanda ödənişlər 1,67 milyon manatdan 2,56 milyon manata yüksəlib. Artım təxminən 887 min manat və ya 53,1% olub.

    Beləliklə, daşınmaz əmlakın icbari sığortası təqdim olunan göstəricilər arasında haqlarla ödənişlərin ən kəskin şəkildə əks istiqamətdə dəyişdiyi əsas sığorta növlərindən biridir.

    Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında haqlar 828 min manatdan 610 min manata enərək 218 min manat və ya 26,3% azalıb. Ödənişlər isə 54 min manatdan 72 min manata yüksələrək 18 min manat və ya 33,3% artıb.

    Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqları 104 min manatdan 76 min manata enib. Azalma 28 min manat və ya 26,9% olub. Ödənişlər isə 60 min manatdan 8 min manata düşərək 52 min manat və ya 86,7% azalıb.

    Azərbaycanda 2026-сı ilin yanvar-iyul aylarında sığorta sektorunda sığorta haqlarının artması sığorta müqavilələrinin və sığortalanan obyektlərin sayının çoxalması, sığorta məbləğlərinin yüksəlməsi, tariflərin dəyişməsi və ayrı-ayrı sığorta məhsullarına tələbin genişlənməsi ilə əlaqəli ola bilər. Əmlak sığortası, xaricə səfər sığortası, kənd təsərrüfatı heyvanlarının sığortası və bir sıra məsuliyyət sığortalarında qeydə alınan yüksək artım həmin istiqamətlər üzrə yığımların genişləndiyini göstərir.

    Haqların azalması isə müqavilələrin sayının və ya orta sığorta haqqının aşağı düşməsi, portfel strukturunun dəyişməsi, müəyyən sığorta məhsullarına tələbin zəifləməsi və yüksək müqayisə bazası ilə bağlı ola bilər. Xüsusilə daşınmaz əmlakın icbari sığortası üzrə haqların 43,9% azalması icbari sığorta seqmentinin ümumi göstəricisinə ciddi mənfi təsir göstərib.

    Sığorta ödənişlərinin artması isə sığorta hadisələrinin sayının çoxalması, orta zərər məbləğinin yüksəlməsi və ya əvvəlki dövrlərdə baş vermiş sığorta hadisələri üzrə ödənişlərin hesabat dövründə həyata keçirilməsi ilə əlaqədar ola bilər. Lakin cədvəldə sığorta hadisələrinin sayı və orta ödəniş məbləği göstərilmədiyindən ödənişlərin yüksəlməsinin konkret səbəbini yalnız təqdim olunan məlumatlar əsasında müəyyən etmək mümkün deyil.

    2025 və 2026-cı illərin yanvar–iyul göstəricilərinin müqayisəsi göstərir ki, Azərbaycanın sığorta bazarında ümumi sığorta haqları 937,7 milyon manatdan 1 milyard 6,4 milyon manata yüksəlib. Artım 68,8 milyon manat və ya 7,3% təşkil edib.

    Sığorta ödənişləri isə 529,3 milyon manatdan 671,4 milyon manata yüksələrək 142,1 milyon manat və ya 26,9% artıb.

    Beləliklə, bazarda sığorta haqları artsa da, sığorta ödənişlərinin artım tempi daha yüksək olub. Ödənişlərin 26,9%-lik artımı sığorta haqlarının 7,3%-lik artım tempini təxminən 3,7 dəfə üstələyib.

    Struktur təhlil göstərir ki, könüllü sığorta üzrə haqlar 716,3 milyon manatdan təxminən 823,0 milyon manata, həyat sığortası üzrə isə 472,2 milyon manatdan 542,2 milyon manata yüksəlib. Bunun əksinə, icbari sığorta haqları 221,4 milyon manatdan 183,4 milyon manata enib.

    Xüsusilə daşınmaz əmlakın icbari sığortasında haqların 59,6 milyon manatdan 33,4 milyon manata düşməsi, eyni zamanda ödənişlərin 1,67 milyon manatdan 2,56 milyon manata yüksəlməsi diqqət çəkir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında isə həm haqlar, həm də ödənişlər artıb, lakin ödənişlərin artım tempi haqların artım tempindən əhəmiyyətli dərəcədə yüksək olub.

    Ümumilikdə, 2026-cı ilin ilk yeddi ayında sığorta bazarının ümumi həcmi böyüsə də, diqqəti əsas cəlb edən məqam ödənişlərin sığorta haqlarından daha sürətlə artmasıdır.

    Müəllif: Aynur Qəniyeva 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Qarğıdalı sahələrinin sığortalanması üçün son 3 gün qalıb

    18 Avqust 2026

    “PAŞA Sığorta” I yarımildən 15 milyon manata yaxın xalis mənfəətlə çıxdı

    28 İyul 2026

    Mərkəzi Bank sığorta agenti Rizvan Məmmədovun lisenziyasını ləğv edib

    22 İyul 2026

    Sığortaçılar Assosiasiyasında sığorta agentlərinin problemlərinə dair işçi qrupları yaradılıb

    20 İyul 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.