2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 29 milyard 312,1 milyon manat təşkil edib.
GDP.az xəbər verir ki, bu göstərici proqnozlaşdırılan məbləğdən 787,7 milyon manat və ya 2,8% çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 169,7 milyon manat və ya 0,6% artıb.

