Suriya prezidenti Bəşər Əsədin qohumlarının, Moskva Siti ərazisindəki bahalı yaşayış komplekslərində 40 milyon dollar dəyərində 19 mənzil əldə etdiyi məlum olub.
GDP xəbər verir ki,bu barədə “Financial Times” (FT) və “Global Witness” antikorrupsiya təşkilatının əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.
Məlumatlara görə, mənzillərdən 18-i Moskvanın məşhur Paytaxtlar şəhəri kompleksində, digəri isə Federasiya Qülləsində yerləşir. Əsədin qohumlarının Rusiyanın paytaxtında belə böyük əmlak alması, xüsusilə Suriya iqtisadiyyatının çətin dövr keçirdiyi bir vaxtda diqqət çəkir.
Suriya prezidenti Bəşər Əsədin hakimiyyəti altında olan rejimin korrupsiya və iqtisadi böhranla mübarizəsi davam edir. Əsədin yaxınlarının Rusiyada bu qədər yüksək dəyərli mülk əldə etməsi, beynəlxalq aləmdə yeni suallar doğurub və əmlakın alışı ilə bağlı daha ətraflı araşdırmaların aparılacağı gözlənilir.
Bu məlumat, dünya ictimaiyyətinin diqqətini cəlb edərək, Suriya prezidenti və onun yaxın ətrafının maliyyə fəaliyyətlərinə dair şübhələri artırıb.