Bakı Fond Birjası (BFB) 2025-ci ilin yanvar-iyun aylarında ümumi ticarət həcmi 36,622,506,260 manata çataraq, ötən ay ilə müqayisədə təxminən 1,62 milyard manat və ya 4,6% artım qeydə alınıb.
Ən böyük artım REPO əməliyyatlarında müşahidə olunub ki, bu da birjanın likvidlik idarəetmə imkanlarının güclənməsini göstərir. Yanvar-iyun dövrünü əhatə edən statistikaya görə, REPO əməliyyatlarının həcmi 31,220,200,590 manat təşkil edib. Əməliyyatların sayı 3,020-yə çataraq günlük orta həcm 283,820,005 manat, günlük orta əməliyyat sayı isə 27 vahid olub.
Dövlət qiymətli kağızları bazarında da müsbət dinamika müşahidə edilib. Yanvar-iyun aylarında bu seqmentdə 3,423,065,359 manat həcmində 435 əməliyyat həyata keçirilib ki, bu da günlük orta 31,118,776 manat həcm və günlük orta 4 əməliyyat deməkdir. İlkin bazarda 1,515,000,000 manat həcmində 3 əməliyyat, təkrar bazarda isə 1,908,065,359 manat həcmində 432 əməliyyat reallaşıb.
ARMB notları seqmentində 648,666,163 manat həcmində 166 əməliyyat gerçəkləşib ki, bunun 645,034,320 manatı ilkin bazarda 160 əməliyyat, 3,631,843 manatı isə təkrar bazarda 6 əməliyyat şəklində olub. Günlük orta həcm 5,896,965 manat, günlük orta əməliyyat sayı isə 2 vahid təşkil edib.
Korporativ qiymətli kağızlar bazarında 635,699,214 manat həcmində 11,616 əməliyyat baş verib. İlkin bazarda səhmlər üzrə 2,420,000 manat həcmində 4 əməliyyat, istiqrazlar üzrə isə 468,319,303 manat həcmində 1,262 əməliyyat həyata keçirilib. Təkrar bazarda səhmlər üzrə 8,090,397 manat həcmində 9,507 əməliyyat, istiqrazlar üzrə 156,869,514 manat həcmində 843 əməliyyat reallaşıb.
İpoteka istiqrazları seqmentində 694,874,935 manat həcmində 20 əməliyyat gerçəkləşib ki, bunun 330,010,418 manatı ilkin bazarda 7 əməliyyat, 364,864,518 manatı isə təkrar bazarda 13 əməliyyat şəklində olub.
Artımın əsas səbəbləri arasında iqtisadiyyatda likvidlik ehtiyacının artması, investisiya fəallığının güclənməsi və maliyyə bazarlarının inkişafı göstərilə bilər. Xüsusilə REPO əməliyyatlarının həcmindəki artım bazarda qısamüddətli maliyyələşmə ehtiyacının yüksəlməsini və banklararası bazarın canlanmasını əks etdirir..
Müəllif:Aynur Qəniyeva