Hacılı Zamin Dilafət oğlu Bank of Baku-da İdarə Heyətinin üzvü (Risk və komplayens üzrə), Baş risk inzibatçısı vəzifəsinə təyin olunub.
GDP xəbər verir ki, bu barədə bank məlumat yayımlayıb.
Qeyd edilib ki, Zamin Hacılı iş fəaliyyətinə 2003-cü ildə başlayıb. 2007-ci ildən etibarən isə Bank of Baku-da çalışıb. 2015-2018-ci illərdə Daxili audit departamentinin direktor müavini, 2018-ci ildən cari təyinata qədər isə Daxili audit departamentinin direktoru vəzifəsini yerinə yetirib.
O, 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə bakalavr təhsili alıb. Daha sonra 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə magistr dərəcəsini əldə edib.