2024-cü ilin yanvar-iyun ayları ərzində “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 32.8 mlrd. manat məbləğində 1389 ədəd əqd bağlanıb.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda məlumat verilib.
Məlumata görə, bu əməliyyatların 95%-i 1-3 günlük olub.