Bloomberg-in məlumatına görə, Co Bayden bazar ertəsi ABŞ sahil zolağında geniş ərazilərdə neft və qaz yataqlarının işlənməsinə qadağa tətbiq edəcəyini elan etməyi planlaşdırır.
GDP xəbər verir ki, qadağa həm Sakit, həm də Atlantik okeanlarının sahillərini, o cümlədən Meksika körfəzinin şərq hissəsini əhatə edəcək. Ümumilikdə 625 milyon akr (2,5 milyon kv km-dən çox) ərazini əhatə edəcək bu qadağa, gələcəkdə Donald Trampın şelfdə hasilatın genişləndirilməsi planlarını çətinləşdirəcək.
Neft sənayesinin tərəfdarları xəbərdarlıq ediblər ki, bu addım ABŞ-ın enerji potensialını məhdudlaşdırır, xüsusilə də ölkədə elektrik enerjisinə olan tələbatın artacağı gözlənildiyi bir dövrdə.