«BAZARSTORE» digər rəqib şəbəkələrə nisbətdə «sərfəli qiymət» təklif edən supermarketlər şəbəkəsi kimi qavranılır.
GDP xəbər verir ki, bu barədə Business İnsight-ın paytaxt Bakı və rayonlarada yaşayan 1008 nəfər respondent arasında apardığı “Tövsiyə Çempionları” araşdırmasının nəticələrində məlumat verilir.
Məlumata görə, «BRAVO» Umico loyallıq proqramı sayəsində «yüksək bonus» təqdim edən, «endirimli kampaniyalar» tətbiq edən şəbəkə kimi qiymətləndirilir. Digər tərəfdən «BRAVO»nun böyük sahəyə malik mağazalarının olması «BRAVO»da da «çeşid bolluğunun» olmasını özündə ehtiva edir.