Beynəlxalq Valyuta Fondunun (BVF) proproqnozlarına görə, ABŞ-ın dövlət borcu bu əsrdə ilk dəfə olaraq İtaliya və Yunanıstanın borc səviyyəsini keçəcək, bu da Amerikanın dövlət maliyyəsində ciddi problemlər olduğunu göstərir.
GDP xəbər verir ki, BVF-nin qiymətləndirmələrinə görə, onilliyin sonuna qədər ABŞ-ın ümumi dövlət borcu 20 faiz bənddən çox artaraq ölkənin ÜDM-nin 143,4%-nə çatacaq və pandemiyadan sonra qeydə alınmış əvvəlki rekordları üstələyəcək.
Proqnozlara görə, ABŞ-ın büdcə kəsiri 2030-cu ilədək hər il ÜDM-in 7%-dən çox olacaq, bu da fondun bu il və bütün onillik ərzində müşahidə etdiyi bütün varlı ölkələr arasında ən yüksək göstəricidir.


