2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycanın dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 68 milyon 508,8 min manat vəsait geri qaytarılıb.
Geri qaytarılan vəsaitlər əsasən fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılmasını əhatə edir.
Həmçinin, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV də geri qaytarılan məbləğlərə daxildir.
Bununla yanaşı, əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV, artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

